Yuxarı

Əcnəbi tələbələr Zəhra üçün müraciət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əcnəbi tələbələr Zəhra üçün müraciət etdi - Foto

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə 2 yaşlı Zəhra ilə bağlı ədalətli mühakimə tələb edir.

Bu barədə Axar.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əcnəbi tələbələrin müraciətində bildirilib ki, 2 yaşlı Zəhranın ürək ağrıdan fotosu yaddaşlardan heç zaman silinməyəcək:

“Biz - Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi, Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.

Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.

Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək. Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik”.

Tarix
2017.07.07 / 13:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla