Yuxarı

İrəvanın əsas qorxusu budur: Zəhraya görə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu bəyanatlar günahkarın kim olduğunu göstərdiyi üçün yaxşıdır.

Bu sözləri Axar.az-a son günlər cəbhədə yaranan gərginlik və ona verilən reaksiyaları şərh edən politoloq Elxan Şahinoğlu deyib. O, Füzulinin Alxanlı kəndində Quliyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının ermənilər tərəfindən öldürülməsi ilə bağlı Azərbaycan vətəndaşlarının fəallığını qiymətləndirdiyini bildirib:

“İlk dəfə idi ki, hökumət və vətəndaşlarımız belə geniş şəkildə fəallıq nümayiş etdirirdi. Eyni zamanda beynəlxalq təşkilatlara müraciət edildi. Müəyyən xarici mətbuat orqanlarında yazılar dərc olundu. Beynəlxalq təşkilatlar ard-arda açıqlamalar verdi və məhz Azərbaycan vətəndaşının qətlə yetirildiyi vurğulandı.

Amma çox təəssüf ki, bütün bu bəyanatlar münaqişənin həllini sürətləndirmir. Səbəb də odur ki, Ermənistan işğalçı qoşunlarını Dağlıq Qarabağ ətrafında saxlayır, bu davam etdikcə atəşkəs daim pozulacaq, hər iki tərəfdən itkilər olacaq”.

Politoloq bildirib ki, beynəlxalq təşkilatların bəyanatları heç də münaqişənin həllinin sürətləndirilməsi məqsədi ilə verilmir: “Onların qorxuları odur ki, Azərbaycan qisas əməliyyatı həyata keçirəcək. Bunu Ermənistan hakimiyyəti də anlayır və bundan da narahat olur”.

E.Şahinoğlu Azərbaycanın bunu cavabsız qoymadığını xüsusi vurğulayıb:

“Cəbhədən gələn xəbərlərdən bilirik ki, Azərbaycan Ordusu Zəhranın qisasını almaqdadır: müəyyən döyüş əməliyyatları gedir və qarşı tərəf itkilər verir”.

Politoloq qeyd edib ki, Azərbaycana sülh çağırışları yenə də davam edir:

“Biz də sülh tərəfdarıyıq, ancaq mülki vətəndaşlarımız qətlə yetirilir, torpaqlarımız işğal altında saxlanılır. Belə halda münaqişə necə sülh yoluyla həll edilə bilər?

Ya böyük dövlətlər Ermənistana təzyiq etməlidirlər, ya da Azərbaycan Ordusu öz sözünü deyəcək. Başqa alternativ yoxdur”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı (nənə və nəvə) həlak olublar, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb.

Tarix
2017.07.08 / 09:00
Müəllif
Nübar Lətifli
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla