Axar.az
Yuxarı

“Qarabağ”ın çiyninə artıq yük qoya bilmərik - Sorğu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çəçivəsində Ağdamın “Qarabağ” klubu Moldavanın “Şerif” komandası ilə görüşəcək.

Axar.az bir sıra bəzi jurnalist və mədəniyyət adamları arasında oyunla bağlı sorğu keçirib.

Jurnalist Natiq Muxtarlı “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq olduğunu və Ağdam klubunun bunu oyunu ilə sübut etdiyini deyib:

“Şerif”lə oyunda “köhlən atlar”ın favorit olması da məntiqə uyğundur. Ancaq müasir futbolda hər bir rəqib ciddi qəbul edilməlidir. Əks-təqdirdə, qələbə qazanmaq mümkün olmaz. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynaması, Azərbaycan futbolunun imicinin yüksəlməsi baxımından da əhəmiyyətli hadisə olardı. Çempionlar Liqası nüfuzlu turnirdir və bu turnirdə komandamız olacaqsa, Azərbaycanın futbol bazarına da maraq xeyli artacaq. Belə olacağı təqdirdə, azərbaycanlı futbolçuların da xarici klublarda oynama perspektivi yüksələcək”.

Jurnalist “Qarabağ”ın uğurunun Qarabağ problemi ilə əlaqələndirilməsinin əleyhinə olduğunu bildirib:

“Dağlıq Qarabağ problemini “Qarabağ”a şamil etməklə, komandanı təzyiq altında saxlamamalıyıq. Qarabağ problemi heç hərbi məsələ də deyil. Bu problem sırf hərbi məsələ olsaydı, Azərbaycan ordusu işğal olunmuş torpaqları bir həftə ərzində qaytarmaq qüdrətinə sahibdir. Bu, daha çox siyasi məsələdir. Əlverişli siyasi situasiya məqamında torpaqların azad ediləcəyinə şübhə yoxdur. Düzdür, “idman siyasət deyil” deyilsə də, bütün hallarda idman elə həm də siyasətdir. “Qarabağ” da qazandığı uğurlarla Avropada nə qədər məşhurlaşırsa, işğal olunmuş torpaqlarımız barədə məlumatlar, Azərbaycanın ədalətli mövqeyi barədə məlumatlar da bir o qədər çox yayılır. “Qarabağ”ın çiyninə bundan artıq yük qoya bilmərik. İmkan verək, komanda olaraq sırf futbol barədə düşünsünlər”.

Əməkdar artist, aktyor Sabir Məmmədov da “Qarabağın” hər qələbəsinin Qarabağa tərəf atılan bir addım olduğunu deyib.

“Mən inanıram ki, qələbə bizimdir”, - aktyor bildirib.

“Qaynarinfo”saytının baş redaktoru Zahir Əzəmət Moldovadakı və Bakıdakı iki görüşün nəticəsində "Qarabağ"ın mərhələ adlayacağını bildirib:

“Komandamızın qələbələri işğalda olan torpaqları dünya arenasında diqqət mərkəzinə gətirməyi bacarır və missiyasını uğurla yerinə yetirir. Torpaqları azad etmək isə futbolçunun işi deyil. Bunun üçün siyasətçilər və ordu var”.

Tarix
2017.07.25 / 00:16
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - MN

Erməni vəhşiliyi davam edir: evlər, meşələr yandırılır… - Video

Hərbçilərimiz Ermənistanla sərhəddə… - DSX rəisi

Qlobal taxıl böhranı: Unun qiymət artımı qaçılmaz olur

Ermənilərin Laçın vəhşiliyi: sülhməramlılar nəyi "qoruyur"?

Putinin “əyilməyən” dediyi dövlətlər hansılardır?

Ordumuz Laçına girsin, gözləyə bilmərik…

Ağdamdakı qəbir daşları belə yoxa çıxdı... – Şok video

Biz 26 il dağıtdıq, Bakı 20 aya cənnət etdi - Ağababyan

XİN-dən ermənilərin meşələri yandırmasına münasibət

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla