Yuxarı

Azərbaycanda dini radikalizmin bazası yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair maarifləndirici xarakterli seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin əməkdaşları iştirak ediblər.

Seminar-müşavirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini ekstremizmin və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Sonra “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu cür tədbirlərin keçirilməsinin, xüsusilə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. O, Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Səyavuş Heydərov çıxışında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu qeyd edib. O, Azərbaycanda dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğunu bildirib, həmçinin milli təhlükəsizliyimizin qorunması ilə bağlı respublikamızda son illər qəbul edilən qanun və qərarların əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən danışıb. Komitə sədrinin müavini Azərbaycan dövlətinin hər zaman İslam və digər dini konfessiyalara diqqət və qayğısını qeyd edərək, respublikamızda 2016-ci ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.

Hazırda qlobal təhlükəsizlik problemlərinin həllinə Azərbaycanın böyük töhfələr verdiyini vurğulayan Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycanda dini radikalizmin və ekstremizmin sosial bazası yoxdur. Yaxın Şərqdə gedən proseslərə nəzər salan S.Heydərov radikalizmin və ekstremizmin yaranma səbəblərinə toxunub. O, hər kəsi həmin bölgədə baş verən hadisələrdən nəticə çıxarmağa və dini radikalizmlə mübarizədə fəal olmağa çağırıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dinində radikalizmin və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu “Qurani Kərim”dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.

Tədbir işini iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdırıb.

Tarix
2017.08.04 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

Bayramov livanlı həmkarı ilə görüşdü

Sabiq baş nazir və generaldan Başkənd əməliyyatı haqda şok

Rəsmi Bakıdan Fransaya xəbərdarlıq

İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov

4 kəndi qaytarması İrəvanın özü üçün şansdır - Türkiyə

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla