Yuxarı

Tarasov: “Azərbaycan üçün tələ hazırlanır” - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarasov: “Azərbaycan üçün tələ hazırlanır” - Şok

"Bir müddət öncə Morninqstarın dediyi Maydan ssenarisinin Bakıda nə qədər real olması nəzərdən keçirilir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.

O, Minsk Qrupunun Qərbdən olan həmsədrlərinin Azərbaycana qarşı güclü təzyiqlər etdiyini bildirib:

"Minsk Qrupunun Qərbdən olan həmsədrləri Moskvanın addımları qarşılığında qiyabi olaraq Bakıya qarşı güclü təzyiqlər edirlər. Əvəzində isə İrəvana qarşı yumşaq təzyiqlə, bütün tərəflərdən Madrid prinsiplərini daha tez qəbul etməyi tələb edirlər. Bununla da Amerika diplomatiyası yeni Ukrayna ssenarisini oynamağa hazırlaşır. Bir müddət öncə Morninqstarın dediyi Maydan ssenarisinin Bakıda nə qədər real olması nəzərdən keçirilir. Burada rəsmi London da artıq aktiv mövqe tutmağa başlayır. Rəsmi Londonun nümayəndəsinin son çıxışı bunu deməyə əsas verir".

Azərbaycanın xarici siyasətində uzun illər müttəfiq kimi yanaşdığı qüvvələr tərəfindən siyasi-psixoloji təzyiqə məruz qaldığını bildirən Tarasovun fikrincə, məqsəd Azərbaycanı "hansısa ciddi qərara doğru itələmək" və "bağışlanmaz səhvə" məcbur etməkdir.

Xatırladaq ki, tarasov ermənipərəst siyasətçi kimi tanınır və erməni dispor mərkəzlərindən maliyələşir. Ümumiyyətlə isə Azərbaycanın Qərbyönümlü siyasətinə qarşı çıxan rusiyalı politoloqlar xüsusilə Avrasiya İqtisadi Birliyi yarandıqdan sonra Bakıya yönəlik bu cür siyasi-psixoloji açıqlamalarla gündəmə gəlirlər. Azərbaycan üçün əsas təhlükənin Qərbdən olduğunu izah etməyə çalışan rusiyalıların bütün hədəfi Azərbaycan-Rusiya ittifaqına xidmətdir.

Anoloji prosesi Qərb analitiklərindən də müşahidə etmək mümkündür. Onlar isə Rusiyanın neoimperiya siyasətini qabardaraq, bundan çəkinməyə və onunla hər hansı sazişdən imtinanın müstəqilliyi qorumağın başlıca yolu olduğunu göstərməyə çalışırlar.

Başqa sözlə desək, Qərb və Rusiyanın Qafqaz uğrunda psixoloji-siyasi mübarizəsinin simptomları görünür.

Tarix
2014.06.02 / 18:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla