Yuxarı

“Azərbaycan lokal hərbi əməliyyata başlaya bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan lokal hərbi əməliyyata başlaya bilər”

"Azərbaycan ərazi bütövlüyü üçün lokal hərbi əməliyyata başlaya bilər. Belə məqamda mən Ermənistana məsləhət görərdim ki, müqavimət göstərməsin. Çünki müqavimət onlara baha başa gələr".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Qarabağ məsələsi ətrafında son günlər iddia edilən fikirləri şərh edərkən deyib.

O, Qarabağın geri qayıtması ilə Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsinin başlayacağını qeyd edib:

"Azərbaycan Qarabağ üçün Rusiya ilə müəyyən kompromislərə gedə bilər. Amma bu kompromislərin içərisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmaq məsələsi yoxdur. Məsələn, Gömrük İttifaqı, Avrasiya İttifaqı ideyası müzakirə obyekti ola bilər. Bu, yalnız o zaman mümkün ola bilər ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə Rusiya bitərəf mövqe tutsun və Ermənistana himayədarlıq etməsin. Əgər bunların hamısı baş tutsa, Azərbaycan Qarabağın ətrafındakı rayonları geri qaytarmaq üçün əməliyyatlara başlasa, o zaman Moskva ilə Bakı arasında münasibətlərin yeni mərhələsinin əsası qoyulmuş olar. Bu mərhələdə Azərbaycan Rusiyaya müəyyən güzəştlər edə bilər. Güzəştlərin əsasını isə Avrasiya İttifaqı məsələsi təşkil edir. Düzdür, bu dəqiqə həmin məsələ gündəlikdə deyil. Biz hələ torpaqlarımızın dərdini çəkirik".

Politoloq Azərbaycanın öz problemini həll etmək səlahiyyətində olduğunu söyləyib:

"Qarabağ münaqişəsində eskalasiya məsələsini ermənilər yaradıblar. Bu isə rusları bura dəvət etməklə mümkün olub. Azərbaycan çalışır ki, Rusiya hansı proseslər başlayacağından asılı olmayaraq, konfliktə müdaxilə etməsin. Ermənistan sadəcə haray qoparır. Onlar yaxşı bilirlər ki, Rusiya İrəvana kömək etməsə, çox güclü hərbi gücə malik Azərbaycan qarşısında hansı vəziyyətə düşə bilərlər. Baş verən hadisələr təbii tarixi prosesdir. Vaxtilə təcavüzə məruz qalan ölkə indi ayaq üstə dik durub. Beynəlxalq vasitəçilər bu işdə heç bir nailiyyət əldə edə bilmədilər. Problemi özümüzün həll etməyə çalışmağımızdan isə kimsə əndişələnməməlidir. Bölgədə heç bir hərbi eskalasiya baş verməyəcək. Ola bilər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdən ötrü məhdud xarakterli əməliyyat aparsın. Bununla da işlər başa çatacaq. Mən ermənilərə müqavimət göstərməməyi məsləhət görərdim. Çünki belə məqamda müqavimət ermənilərə baha başa gələ bilər. Güman edirəm ki, Rusiya Cənubi Qafqazdakı proseslərə qatışmayacaqsa, Minsk Qrupunun vasitəçilik səylərinə də ehtiyac qalmayacaq. Ona görə ki, Azərbaycan öz problemini həll etmək gücündə və səlahiyyətindədir".

Qeyd edək ki, Füzuli hücumu və Rusiyanın Azərbaycana satdığı T-90C tanklarından sonra erməni mətbuatında kəskin narahatlıq müşahidə edilməkdədir. Erməni politoloqlar isə öz açıqlamalarında artıq Qarabağın Azərbaycana qaytarılacağı bəyanatlarını səsləndirməyə başlayırlar.

Tarix
2014.06.05 / 14:22
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?

Azərbaycanla İran arasında mühüm iclas başladı

Kremldən Bakıya hücum: arxivi açıb, onları ifşa edin!

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Prezident Bruney Sultanını təbrik etdi

Xameneinin iqamətgahının ətrafı boşaldıldı – Nə baş verir?

İlham Əliyev Fərzanə Sadiqi qəbul etdi - Foto

Meksikadakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edildi

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla