Yuxarı

Avropada yeni türk dövləti yaranır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada yeni türk dövləti yaranır

Moldova Avropa Birliyi ilə assosiativ müqavilə imzalayacağı təqdirdə Qaqauz muxtariyyəti öz müstəqilliyini elan edəcək.

Axar.az xəbər verir ki, bu barədə Qaqauz parlamentinin sədri Mixail Formuzal bildirib.

Moldova parlamentinin sədri İqor Korman isə Formuzalın açıqlamasını belə dəyərləndirib: "Qaqauzun xüsusi statusu haqqında qanun 1994-cü ildə qəbul olunub. Razılaşmaya əsasən Qaqauz Moldovanın suverenliyini itirəcəyi təqdirdə öz müqəddəratını təyinetmə hüququndan istifadə edə bilər. Bununla bağlı deyə bilərəm ki, Avropa İttifaqı ilə assosiativ razılaşmaya imza atmaq dövlətimizin suverenliyini şübhə altına almır".

Qeyd edək ki, bir müddət əvvəl də Formuzal türk mətbuatına açıqlamasında bildirmişdi ki, Moldovanın Avropa Birliyi ilə assosiativ razılaşmaya imza atacaöı təqdirdə muxtariyyət öz müstəqilliyini elan edəcək. O açıqlamasını bununla əsaslandırıb ki, regionun əsas ixracatı Rusiya vasitəsilə həyata keçirilir, Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanması belə bir imkanın itirilməsinə səbəb olacaq.

Tarix
2014.06.06 / 11:26
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla