Yuxarı

Aİ-nin təhlükəsizliyi KQB-yə tapşırıldı – Casus savaşı başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ-nin təhlükəsizliyi KQB-yə tapşırıldı – Casus savaşı başlayır

Bir neçə gün bundan öncə yaradılan Avrasiya İqtisadi İttifaqının təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyəti Rusiyadan idarə olunacaq.

Axar.az-ın məlumatına görə, hələlik detalları açıqlanmayan bu qərarla bağlı artıq ekspertlər iddialarla çıxış ediblər. Onların sözlərinə görə, əsas məqsəd Avrasiya İttifaqına üzv olan ölkələrdə fəaliyyət göstərən müxalif qurumları nəzarət altına almaq və onların Qərblə əlaqələrinə diqqət etməkdir. Aİİ təsisçiləri Qərb xüsusi xidmət orqanlarının sözügedən ölkələrin daxilinə sızmaq və dövlətə qarşı hər hansı mübarizənin idarəçiliyini əllərinə almaqdan ehtiyatlanırlar. Belə ehtimal var ki, ABŞ və Qərb açıq mübarizədə bacarmadıqlarını xüsusi xidmət orqanları vasitəsilə həyata keçirmək, Rusiya və müttəfiq ölkələrin müxalifəti vasitəsilə rəqib ölkələri daxildən parçalamaq istəyirlər. Bu ehtimalı (və yaxud kəşfiyyat məlumatını) önləmək üçün artıq Avrasiya İttifaqı tədbirlər görür.

Bir neçə gün bundan öncə Minskidə çıxışında Rusiya Federal Təhlükəsilik Xidmətinin rəhbəri Aleksandr Bortinikov da təşkilata üzv digər ölkələrdə dövlət çevrilişinə cəhd edən şəxslərə qarşı amansız mübarizə aparacaqlarını dilə gətirdi. Analitiklərin fikrincə, bu mesaj Qərbə ünvanlanmışdı və onların planlarından xəbərdar olduqları anlamına gəlirdi.

Avrasiya İttifaqının təhlükəsizlik orqanı fəaliyyətinin Moskvanın məşhur Lubyanki küçəsində cəmləşəcəyi və kəşfiyyat məlumatlarının bir yerə toplanaraq, təhlil ediləcəyi, atılan addımların koordinasiyası nəzərdə tutulur.

Tarix
2014.06.09 / 14:18
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla