Rusiyanın Kalininqrad vilayətində Qərb hərbi dairəsinin
komandanlığı altında Baltik Donanması, Hava Desant Qoşunları və
Hərbi Hava Qüvvələri hərbi təlimlərə başlayıb.
Axar.az xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə
Nazirliyinin yaydığı məlumatda bildirilib.
Təlimlər NATO-nun Baltik dənizində həyata keçirdiyi "Saber
Strike 2014" (Qılıncla zərbə) adlı təlimləri ilə eyni vaxtda
başlayıb.
"Kalininqrad vilayətində keçirilən təlimlərə cəlb olunanların
sayı NATO-nun hərbi təlimlərində iştirak edən şəxsi heyət, hərbi
texnikaların sayına bərabərdir", - deyə bildirilib.
Rusiyanın təlimlərində hərbi gəmi qrupları, hava desant
qoşunları və dəniz piyadaları, hava hücumundan müdafiə
birləşmələri, qırıcı-bombardmançı SU-34, Mi-24 vertolyotları və
Tu-22M3 bombardmançıları iştirak edir.