Yuxarı

Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Övladlarınızı vaxtında məktəbə göndərin. Azərbaycanda ibtidai təhsil qanunvericiliyə əsasən 6 yaşdan başlayır. Uşağın məktəbə gec başlaması təhsil hüququnun gec həyata keçirilməsinə səbəb ola bilər və bu da onun inkişafına mənfi təsir göstərə bilər.

Axar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə bildirib.

O qeyd edib ki, 8 yaşını tamamlayan uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsil alırlar:

“Bu isə onların sosiallaşma imkanlarından, birlikdə öyrənmə mühitindən və məktəb mühitinin əsas üstünlüklərindən məhrum olmasına gətirib çıxara bilər. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində müəyyən yaş çərçivəsində təşkil olunur və həftədə 4 gün keçirilir. Bu formaya əsasən ibtidai təhsildə fərdi təhsilə 9-15 yaşlı uşaqlar cəlb olunur. Ümumi orta təhsil səviyyəsində isə VIII sinfi bitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestat ala bilərlər. Uşaqların təhsilə vaxtında başlaması onların intellektual, sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkən başlayan təhsil daha səmərəli nəticələr verir".

Tarix
2025.07.30 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

“Quql məps” Zəngəzur dəhlizini açdı - Foto

Şuşada konsulluq üçün müraciət etmişik, amma... - Səfir

Türkiyə-Ermənistan sərhədi hansı halda açılacaq? – Səfir

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla