Yuxarı

Azərbaycanlı avtoritetlər Türkiyədə həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı avtoritetlər Türkiyədə həbs edildi

Türkiyənin Ədirnə şəhərində azərbaycanlı mafiya üzvlərinin atışmasına müdaxilə edən zaman dünyasını dəyişən Ədirnə polisi Hüseyn İmrağın ölümü ilə bağlı əməliyyat keçirilib və mafiya üzvlərinin əksəriyyəti həbs edilib.

Axar.az Haberler.com-a istinadən xəbər verir ki, saxlanılanların arasında Azərbaycan, Rusiya, Ukrayna və Türkiyədən olan 14 nəfər var. Buna baxmayaraq, polis Hüseyn İmrağı silahla öldürən Azərbaycan əsilli şübhəlinin hadisədən sonra qaçdığı və indiyə qədər tutulmadığı bildirilib.

Həbs edilənlərin siyahısı

Ədirnə polisi saxlanılanların adlarını açıqlyıb: Ədirnə Təhlükəsizlik İdarəsinin Asayiş Şöbəsindəki vəzifəsindən çıxarılan Tufan Alpay (47 yaş) və hadisədən sonra İstanbula qaçan və ordaca tutulan təqaüdçü polis Mustafa Türk (43 yaş), hadisə sonrasında iki ayağından vurularaq tutulan Şaban Ərdoğan (44), Faruk Barabakan (29 yaş), Yılmaz Bilmən (55 yaş), Azərbaycan əsilli Ceyhun Əsgərov (39 yaş), Rövşən Əliyev (45 yaş), Elşən Babayev (31 yaş), Əli Müseyib Heydərov (33 yaş), Namiq Umudov (27 yaş), Miryazif Fəxrəddin (38 yaş), Qara Əliyev (30 yaş), Ukrayna əsilli Luka Asanedze (30 yaş), Rusiya vətəndaşı Nikolay Cebjadze (32 yaş).

Ədirnə Təhlükəsizlik Müdirliyində saxlanılan və ifadələrinin alınmasına başlanan 14 şübhəli bu gün günortadan sonra geniş təhlükəsizlik tədbirləri altında Ədirnə Dövlət Xəstəxanasında yoxlamadan keçirilib. Şübhəlilərdən iki ayağından vurularaq zərərsizləşdirildikdən sonra həbs edilən Şaban Ərdoğan iki polis köməyi ilə güclə yeriyib. Gecə uzun sürən axtarışdan sonra polislər atışma zamanı istifadə edilən bir neçə silahı tapa bilib. Bütün çalışmalara rəğmən, polisin qatili olan azərbaycanlı mfiya üzvü qaçmağa müəssər olub.

Xatırladaq ki, Türkiyədə iki azərbaycanlı qanuni oğru klanı arasında atışma baş verdiyi və bir polisin öldüyü barədə mediada məlumat getmişdi. Xəbərdə atışanların qanuni oğrular Lotu Quli (Nadir Səlifov) və Albert Rıjıy (Əli Heydərov) tərəfdarları arasında olduğu ehtimal edilir.

Tarix
2014.06.11 / 09:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla