Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm
şöbəsinin müdiri Zahid Abbasov və Ermənistanın eks-prezidenti
Robert Köçəryanın 1986-cı ildə Yaltada istirahət edərkən bir yerdə
çəkilmiş fotosu yayılıb.
Axar.az xəbər verir ki, bu foto Feysbuk sosial şəbəkəsində
"Karabakh War Pictures" səhifəsində yerləşdirilib.
Səhifə adminləri məlumatın kiməsə qara yaxmaq üçün
paylaşılmadığını deyiblər:
"Qeyd edim ki, bu, heç kimə qara yaxmaq üçün paylaşılmayıb. Nə
də olsa, Zahid Abbasov şuşalıdır və erməni dostları olmağı xəyanət
və sair kimi yozula bilməz. Danılmaz faktdır ki, vaxtilə Şuşada çox
erməni yallanırdı və bu xain Köçəryan da həmçinin... Onu da nəzərə
almaq lazımdır ki, Zahid Abbasov Qarabağ müharibəsində 5 il könüllü
olaraq döyüşüb".
Qeyd edək ki, Z.Abbasov Xankəndində vilayət Komsomol Komitəsində
işləyərkən Robert Köçəryanla Serj Sərkisyanın müdiri olub. Köhnə
dostlar sonuncu dəfə iyirmi il sonra - 2009-cu ilin iyulunda
İrəvanda görüşüblər.