Yuxarı

BTQ-dən Azərbaycana daha bir şad xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu beynəlxalq layihə Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, kommunikasiyanın birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması baxımından ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsinin kommunikasiya üçün əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, bu layihədən başqa cür də faydalanmaq olar:

“Bu gün bir neçə dövlətin rəhbərlərinin də iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolu xətti təntənəli mərasimlə istifadəyə verildi keçirilib. Gələcəkdə başqa formada da bu layihədən faydalanmaq imkanları mövcuddur.

Adətən bu tipli qlobal xətlərin kənarı boyunca yüksək ötürücülük qabiliyyətinə malik fiber-optik telekommunikasiya infrastrukturu da qurulur. Bu, əsasən dəmir yol qovşaqları arasında rabitə və informasiya münasibətləri məqsədi daşıyır.

MDB-yə göstərilən texniki yardım –TASİS proqramı çərçivəsində Avropa İttifaqının qlobal TRASEKA layihəsində belə addım atılsa da, sonradan bu xətt boyunca olan telekommunikasiya kanalından kommersiya məqsədləri üçün istifadəyə qadağalar qoyulub.

Bildiyim qədərilə, artıq Bakı-Tiflis-Qars dəmir yolu xətti boyunca Gürcüstana qədər belə bir telekommunikasiya kanalı çəkilib. Düşünürəm ki, Azərbaycan bu telekommunikasiya infrastrukturundan 3-cü bəkbon (beynəlxalq şəbəkəyə birbaşa qoşulan operator) kimi də istifadə edə bilər. Bəlkə də belə planlar var, amma bu haqda hər hansı rəsmi açıqlamalar verilməyib. Hansı ki, Strateji Yol Xəritəsində qarşıdakı illərdə ölkədə 3-cü bəkbon operatorun da yaradılması nəzərdə tutulub”.

Qeyd edək ki, bu gün Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin açılışı baş tutub.

Tarix
2017.10.30 / 17:58
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla