Dubay hava limanı dərhal boşaldılmalıdır - İrandan xəbərdarlıq
18:42
| Ana səhifə Gündəm |
|
Dövlət himnimizin səsləndirilməsində yüzlərlə fərqli alətdən istifadə edilib.
Azərbaycan himninin London Simfonik Orkestrinin ifasında videosu yayılıb.
"Abbey Road" səsyazma studiyasında çəkilən görüntülər Türkiyə mətbuatında yer alıb. Himn müasir versiyada səsləndirlib. Dövlət himni yüzlərlə fərqli alət və nəhəng xor tərəfindən səsləndirilib. 100-dən çox sənətçi bu işdə yer alıb.
Himn üzərində iş 9 saat davam edib. Himnin yeni müasir versiyasında daha çox alət və müasir səs texnologiyasından istifadə edilib.
Qeyd edək ki, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edilib.
|
Tarix
2014.07.09 / 16:03
|
Müəllif
Axar.az
|