Yuxarı

Türkiyədə Azərbaycan bayrağı necə endirildi? – Şok təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun Azərbaycan bayrağının endirilməsi məsələsi ilə bağlı türkçü gənclərin Uludağ Universitetindəki təşkilat rəhbəri İsmayıl Haqqı Başar bəyanat yayıb.

Axar.az-ın məlumatına görə, İ.H.Başar bu xoşagəlməz hadisəyə səbəb olan professor Salih Pay və onun kimi türk milləti düşmənliyi edən hər bir insanın lazımi cəzanı alması üçün əlllərindən gələni edəcəklərini bildirib.

O, hadisənin hansı formada və dəqiq hansı tarixdə baş verməsi barədə də məlumat verib. Bildirib ki, Azərbaycan bayrağı Türkiyədə sözgüedən universitetdə qonaq olan xarici tələbələrin asudə vaxtlarını keçirdikləri yerdən çıxarılıb:

“Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə elmləri fakültəsi C Bloku ölkəmizdə və üniversitetimizdə qonaq etdiyimiz xarici tələbələrin asudə vaxtlarını keçirdikləri, türk dilini öyrəndikləri və sosial fəaliyyətlərlə məşğul olduqları bir yerdir. Burada xarici ölkələrdən gələn tələbələrin gəldikləri ölkələrin bayraqları da ucaldılıb.

5 dekabr tarixində təşkilatımızdakı azərbaycanlı qardaşlarımız Azərbaycan bayraqlarının yerindən çıxarıldığını hiss ediblər. Bununla əlaqədar danışma bürosuna, bəzi akademiklərə və mühafizə xidmətinə məlumat veriblər. Tələbələrə bildirilib ki, bayraqlar yenilənmək üçün çıxarılıb və 1 həftə ərzində yenidən yerinə asılacaq”.

Açıqlamada bildirilib ki, tələbələr bir həftə sonra, 12 dekabr tarixində Azərbaycan bayrağının hələ də orada olmadığını görüb özləri həmin yerə bayraq asmaq qərarına gəliblər:

“Bu zaman oraya gələn mühafizə xidmətinin əməkdaşları və akademiklər azərbaycanlı tələbələrin hərəkətinə dəstək verib. Lakin bir gün sonra bayraqlara məsul olan C Blokda otağı yerləşən professor Salih Pay bu hərəkəti edən azərbaycalı qardaşlarımızla görüşmək istəyib”.

Müraciətdə bildirilib ki, professor azərbaycanlı tələbələrlə görüşü zamanı olduqca sərt ifadələr işlədərək, onların qarşısında şərt qoyub:

“Görüş zamanı Salih Pay azərbaycanlı dostlarımıza bildirib ki, Ermənistan bayrağını endirdikləri üçün onların asdığı Azərbaycan bayrağını o özü endirib. Salih Pay azərbacanlı tələbələrə bildirib ki, Ermənistan bayrağını və onu endirən şəxsi gətirsələr, o da əvəzində Azərbaycan bayrağını yerinə asacaq”.

Bayrağımızı yerindən çıxaran Salih Pay azərbaycanlı tələbələrə bildirib ki, onu döysələr də, Azərbaycan bayrağını yerinə asmaq üçün tələbələrə geri qaytarmayacaq:

“O, vətən xainliyinə bərabər tutulacaq bir çıxış edib. Bu xəbəri öyrəndiyimiz günün səhəri Azərbaycan bayrağını yerinə asmaq üçün bir neçə azərbaycanlı qardaşımızla bayrağın çıxarıldığı Bloka getdik. Ancaq universitetdəki mənzərə bizi çaşdırdı. Universitetdə mühafizə xidməti gücləndirilmiş, hər yerə polis maşınları və polis təyin edilmiş, özəl mühafizə ilə doldurulmuşdu. Bir neçə türkçünü özlərinə qarşı necə bir təhdid ünsürü kimi görmüşdülərsə, universiteti polislə doldurmuşdular.

Bursa Polisi və Universitet rəhbərliyi də orada idi. Binanın giriş-çıxışını tamam bağlamışdılar. Hər nə qədər bizə qarşı olsa da, gözündən milli hisslər oxunan, bizi dəstəklərmələrinə baxmayaraq, işlərini görməyə məcbur olan təhlükəsizlik orqanlarının işçilərinə təşəkkür edirik.

Bütün bunlara səbəb olan professor Salih Paya gəlincə isə ona və onun kimi türk millətinə qarşı düşmənçilik nümayiş etdirənlərə layiqli cəza verilməsi üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun Azərbaycan bayrağını endirməsi tələbələrin yaydığı videodan sonra ictimailəşib.

Tarix
2017.12.16 / 14:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla