Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz
cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a
verilən məlumata görə, havanın temperaturunun gecə 23-25, gündüz
33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75,
gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 11-də hava şəraitinin əsasən
yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə
11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti
temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi
yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur və arabir
durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət
deyil.