Yuxarı

Dünya Azərbaycanın uğurlarını qiymətləndirir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Azərbaycanın uğurlarını qiymətləndirir - Deputat

Azərbaycanın müstəqil daxili və xarici siyasəti iqtisadiyyatının möhkəmlənməsinə, ölkənin makroiqtisadi və mikroiqtisadi problemlərinin həllinə, beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı.

Bu barədə Şərq.az-a Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsindən danışarkən millət vəkil Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, dövlətimiz tək regionun deyil, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməkdir:

"Azərbaycanın bir-birinin ardınca regionun iqtisadi mənzərəsini dəyişən təşəbbüslərlə çıxış etməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşa edilməsi və s. kimi nəhəng layihələr öz nəticəsini verməkdədir. Azərbaycanın təcrübəsi dünya tərəfindən maraqla öyrənilir. Azərbaycandan çox təbii ehtiyatları olan, uğurlu geosiyasi vəziyyəti ilə seçilən ölkələr var. Bununla belə ciddi problemlər içərisində qalırlar. Beynəlxalq ictimaiyyət Azərbaycanın qazandığı nailiyyətləri qiymətləndirir. Əməkdaşlığın genişləndirilməsində Amerika və digər Qərb ölkələri maraqlıdır. Azərbaycanın bu gün özünə reputasiya qazandığını bir daha görürük.

Bütün bunlar göstərir ki, Azərbaycan dövlətçiliyinin Ulu Öndər Heydər Əliyev siyasi xətti həmişə özünü doğruldur. İndiki prezident Cənab İlham Əliyevin fəaliyyəti Azərbaycana və regiona uğur gətirir. Bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın İqtisadi İnkişaf naziri ilə görüşdə söylədiyi müsbət fikirlər də göstərir ki, Azərbaycanın seçdiyi yol düzgündür”.

Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.

Tarix
2018.02.02 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi

Azərbaycan və Türkmənistan bu barədə razılığa gəldi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Urmiya gölünün son vəziyyəti açıqlandı: Ümidlər artır...

Prezidentlərin geniş tərkibdə görüşü oldu - Foto

Mirziyayev səfirimizi təltif etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla