Yuxarı

“Gülləbaran edirdilər, biz də düşmən postunu ələ keçirdik” - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gülləbaran edirdilər, biz də düşmən postunu ələ keçirdik” - Polkovnik

"Mən belə başa düşürəm ki, əgər hücum əməliyyatı aparmaq istəsələr, onlar üçün istiqamətlər yetərincədir".

Bu sözləri Axar.az-a Şəmkir korpusunun eks-komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Tovuzun Əlibəyli istiqamətində intensiv hücumları şərh edərkən söyləyib:

O, dövlət sərhədi yaxınlığında ermənilərin hücum edəcəyinə inanmadığını deyib:

"Birincisi, Əlibəyli kəndi təmas xəttinə çox yaxındır. Boş sahədə atəşkəs pozulması o qədər də gərginlik yaratmır, amma Əlibəyli istiqamətində yaşayış sahələri var və bu, kifayət qədər narahatlığa səbəb olur. İkincisi isə hücum əməliyyatı hansısa istiqamətdən planlaşdırılırsa, oradan əvvəlcədən heç vaxt atəş açılmır. Çünki hücum əməliyyatı başlanan istiqamətdə düşmən diqqəti cəlb eləmir. Ermənilərin hücum əməliyyatını biz hər istiqamətdə gözləməliyik. Amma Ermənistanla dövlət sərhədi olan istiqamətdə nəyinsə olacağına inanmıram. Bunun çox sadə açıqlaması var. Çünki ora dövlət sərhədidir. Çox vaxt məlumatlar da sızanda görürsünüz ki, onların ən çox hücum istiqaməti Qarabağ göstərilir. Mən hesab edirəm ki, Qarabağdan qıraqda hansısa hücum əməliyyatı olmayacaq. Burada müəyyən bir məntiq var. Çünki bu, ərazini genişləndirmək, gərginlik saxlamaq üçün mühüm yerdir".

Ş.Ramaldanov ermənilərin daha çox səssiz qaldıqları istiqamətdə nə isə həyata keçirə bilmək imkanlarının olduğunu bildirib:

"1996-cı ildə mən korpus komandiri idim. O zaman Böyük Qovlar yolu istiqamətində ermənilər öz postlarında bizim bir toy karvanını vurmuşdular. Mənə məruzə edəndən sonra hücum əməliyyatı başlandı. Bir həftə hazırlıqdan sonra həmin postu tutduq. Biz Tovuz istiqamətində həmin postu ələ keçirəndə oradan rus sərhədçiləri çıxmışdı. Onların ruslarla müqaviləsi var idi. Ruslar bizdən fikrimizin nə olduğunu soruşdular. Biz onlara başa saldıq ki, onlar içib bəzən atırlar və insanlara narahatlıq yaradırlar. Həmçinin daha irəliyə getmək fikirimizin olmadığını bildirdik və dövlət sərhədini pozmadığımızı söylədik. Onlar başa düşüb geri çəkildilər. Ona görə mən belə başa düşürəm ki, əgər hücum əməliyyatı aparmaq istəsələr, onlar üçün istiqamətlər yetərincədir.

Onu da deyim ki, məndə konkret kəşfiyyat məlumatları yoxdur. Amma bir hərbçi kimi deyə bilərəm ki, onlar hansı istiqamətdə hücum eləmək istəsələr, orada susacaqlar.

Ciddi narahatlığa isə ehtiyac yoxdur. Keçmiş komandir kimi bilirəm ki, hər şey ordumuzun nəzarəti altındadır".

Qeyd edək ki, 55 yaşlı Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında iştirak edən zabitlərdən biridir. 1994-cü ilin yanvar ayında onun rəhbərlik etdiyi briqada Füzuli rayonunun bir sıra yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələrindən azad edilməsində mühüm rol oynayıb.

Tarix
2014.08.04 / 16:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla