Yuxarı

Erməni mediası: “Nazir Nalbandyan agentdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni mediası: “Nazir Nalbandyan agentdir”

Ermənistan mediası "XİN-nin verilməsi" başlıqlı analitik yazı ilə çıxış edərək, ölkənin Xarici İşlər naziri Eduard Nalbandyanı tənqid atəşinə tutub.

Axar.az xəbər verir ki, təhlil materialında Azərbaycanın xarici syasəti təqdir olunur. Vurğulanır ki, təmas xəttində baş verən son hadisələrlə əlaqədar Azərbaycan daha çevik tərpənir, nəyinki rəsmi İrəvan.

Yazıda qeyd olunur ki, rəsmi Bakı artıq beynəlxalq qurumlara müraciət edərək, Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına çalışır. Əvəzində isə Xarici İşlər naziri Nalbandyan susur və əsas işi üçüncü ölkələrə agentlik etməkdir:

"Əslində, belə bəyantla Ermənistan XİN-i çıxış etməliydi. Nədənsə Nalbandyan susur. Bu o vaxt baş verir ki, gənc əsgərlərimiz həyatı bahasına vuruşur. Ümumiyyətlə, Ermənistanın Avrasiya Birliyinə üzvlüyü gündəmə gələndən ölkəmiz problemlərlə üzləşib. Milli maraqlarımıza Moskva, Astana və Bakı tərəfindən zərbələr dəyir. Qənaətimizcə, Xarici İşlər Nazirliyi bir diplomatik idarə deyil, üçüncü ölkələrin geniş agentura şəbəkəsidir. Nalbandyanın özü isə agentdir. Biz bunlardan çox narahatıq. Deməli, sözügedən nazirlik əməli işlərlə, üzərlərinə düşən vəzifələrin yerinə yetiriməsi ilə deyil, formal fəaliyyət göstərir. Yeganə çıxış yolu iqtidarın devrilməsi, çevik çalışan dövlət qurumlarının yaradılmasıdır. Zəif fəaliyyət Qarabağ məsələsinin həllini üçüncü ölkələrin əlinə verdi. Bir sözlə, asanlıqla Xarici İşlər Nazirliyimizi itirilmiş saya blərik".

Xatırladaq ki, yazı Ermənistan daxilində ciddi əks-sədaya səbəb olub.

Tarix
2014.08.04 / 17:18
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla