Yuxarı

Əlikram Bayramov toylarını təxirə saldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Əlikram Bayramov əsgərlərimizin şəhid olmasına görə bir neçə toy mərasimini təxirə salıb.

Bu barədə Axar.az-a müğənninin özü məlumat verib. Biləsuvar rayonuna toy mərasiminə çağırılsa da, rayona üç şəhid gəldiyinə görə toyu təxirə salaraq, şəhidin dəfn mərasiminə qatılan müğənni hadisədən çox sarsıldığını deyib:

"Baş verənlərdən çox mütəəssir oldum. Bu səbəbdən də dəvət aldığım bir neçə toyu da təxirə saldım".

Ə.Bayramov hələ də Biləsuvarda olduğunu bildirib:

"Mən özüm Almaniyada hərbi xidmətdə olmuşam. Əslində, heç vaxt müharibə tərəfdarı olmamışam. Torpaqlarımızın sülh yolu ilə azad olmasını istəyirəm. Bununla yanaşı, müharibə başlayarsa, döyüşlərdə iştirak etmək və şəhidlik zirvəsinə ucalmaq ən böyük arzumdur".

Şəhid əsgərlərimizlə, vətən üçün canından keçməyə hazır olan övladlarımızla fəxr etdiyini bildirən müğənni, şəhidlərin ailələrinə səbr dilədiyini bildirib.

Ə. Bayramov tezliklə qələbə sorağını eşitmək arzusunu da dilə gətirib:

"Gənc övladlarımızın cəbhədə həlak olması məni çox sarsıtdı. Arzu edirəm ki, bundan sonra əsgərlərimizin ölüm xəbərini deyil, düşməni məğlub etməsi xəbərini eşidək".

Tarix
2014.08.05 / 22:29
Müəllif
Nihat Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Qarabağdakı erməni hərbçilərinin sayı – Əliyev ilk dəfə açıqladı

SEPAH-ın Bakıya yeni hədəsində sensasion detal – Video

Erməni əsgər Azərbaycan tərəfə keçib? - Rəsmi

Xankəndi-Laçın yolundakı aksiyanın 100-cü günü...

Xankəndi yolunda son vəziyyət necədir?

Novruz yeni ümidlər gətirir - Mişel

Baydendən Novruzla bağlı gözəl sözlər

Bakı zəlzələ bölgəsi üçün 100 milyon yardım elan etdi

Bundan sonra da Türkiyənin yanındayıq - Bayramov

Şuşada Novruz tonqalı qalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla