Yuxarı

Ponfilov Putinin Qarabağ siyasətini açdı - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ponfilov Putinin Qarabağ siyasətini açdı - Eksklüziv

"Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi qərarı yoxdur, bu adam özünü, sadəcə, sülhsevər göstərmək istəyir".

Bu sözləri Axar.az eksklüziv açıqlamasında tanınmış ukraynalı politoloq Oleq Ponfilov deyib. O qeyd edib ki, son illərdə olduğu kimi, prezidentlərin Soçi görüşündən də müsbət həll variantı gözləməyə dəyməzdi:

"Dağlıq Qarabağ münaqişəsində Azərbaycan və Ermənistanı dəstəkləyən tərəflər, ölkələr bəllidir. Putinin Qarabağ siyasəti yoxdur, onun bu münaqişədə dəstəklədiyi Ermənistan iqtidarı mövcuddur. Mən Putinin problemi necə həll edəcəyini heç təsəvvürümə gətirə bilmirəm. Hazırda Ermənistanın özündə də Rusiyaya qarşı çıxanlar yetərincədir. Putin isə özünü sülhsevər kimi göstərmək istəyir".

Qərbin münqişənin həllində qərarlı olub-olmaması sualını cavablandıran Panfolov qeyd etdi ki, burda sifarişçi və icraçı bəllidir:

"Hesab edirəm ki, Qərb Qarabağ münaqişəsinin həllində yox, bu problemin meydana gəlməsi səbəblərini araşdırmaqda maraqlıdır. Amma bir məqam tam aydındır: Abxaziya, Qarabağ, Dnestryanı və Osetiya münaqişələrinin sifarişçisi və icraçısı bəllidir. Onun adı Kremldir. Bu ölkə də münaqişələrin alovlanmasında maraqlıdır. Münaqişələrin həlli Rusiyanın zəifləməsindən sonra mümkündür. Hazırda da Qərb bu məqamın üzərində baş sındırır, müəyyən işlər görür. Fikrimcə, bu addımlar məntiqi sonluğa çatacaq və münaqişələrin həllində irəliləyişlər olacaq".

Tarix
2014.08.10 / 23:18
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla