Yuxarı

Bu ölkə ilə Azərbaycan arasında iki sənəd imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə ilə Azərbaycan arasında iki sənəd imzalandı

Azərbaycan ilə Hindistan arasında tarixi əlaqələr mövcuddur. Bu gün keçirilən görüşdə ölkələrimiz arasında ticarət, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Görüşdə iki sənəd imzalandı: “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu”.

Axar.az xəbər verir ki, bu fikirləri aprelin 4-də Hindistanın xarici işlər naziri Suşma Svarac ilə görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Elmar Məmmədyarov bildirib ki, söhbət zamanı Hindistan şirkətləri ilə enerji sahəsində əməkdaşlıq əlaqələri də müzakirə olundu. Həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlıq və kadr hazırlığı məsələlərinə toxunuldu. Hindistanlı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlandırıldı.

Hindistanın xarici işlər naziri Suşma Svarac görüşün məhsuldar keçdiyini deyib. O bildirib ki, Hindistan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır. Son illərdə Azərbaycana qoyulan sərmayələrin xeyli artdığını vurğulayan nazir görüşdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb. Xanım Suşma Svarac deyib ki, Hindistan terroru qlobal təhlükə hesab edir və terrorizmə qarşı mübarizə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.

Tarix
2018.04.04 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla