Yuxarı

“Qarabağ uşaq oyuncağıdır ki, İrəvan qaytara?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ uşaq oyuncağıdır ki, İrəvan qaytara?”

"Heç nəyi dərininə analiz etmədən özümüz üçün xəyallar qururuq".

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa prezidentlərin Soçi görüşü ilə bağlı yazıb. Millət vəkilinin sözlərinə görə, Soçi görüşündən sonra sadə insanların da, medianın da suallarına təəccüblənməyə bilmirsən:

"Hamıda elə təsəvvür varmış ki, Putin bir neçə rayonu Ermənistandan alıb verməyə və bizi də Avrasiya İttifaqına qoşmağa çağırıbmış. Putin niyə bunu etməliydi ki? Tutaq ki, Putin işğal olunan bir neçə rayonun qaytarılmasını Ermənistandan tələb edəydi. Məgər Ermənistan da uşaq oyuncağı kimi götürdüyünü bizə qaytaracaqdı? Rusiya uzaqbaşı və ən yaxşı ehtimal kimi bizə təminat verər ki, Azərbaycan ordusu Ermənistana hücum etsə, onlar bilavasitə müdaxilə etməyəcək, o zaman yenə də savaşaraq torpağı almaq lazım gələcək".

F.Mustafa son günlər cəbhə xəttində baş verənlərlə əlaqədar əhalinin zamanından tez xəyallara qapılaraq sonradan ümidsizliyə düçar olmasına da münasibət bildirib:

"Müharibədən danışanların əksəriyyəti şüuraltında hansısa fövqəladə gücün və ya sehirli barmağın məsələni çözəcəyini daha çox düşünür. Ancaq sehirli heç nə baş verməyəcək, kim daha ağıllı və çalışqandırsa, prosesi də qələbə ilə o tamamlayacaq. Cəbhə xəttindəki son gərginlik onu göstərdi ki, biz yenə də ani emosionallıqla, qısamüddətli ağrıkəsici ilə özümüzə təskinlik veririk. Az qala hamı bir-birini qandıraraq, "bir şad xəbər eşitmişəm, bir azdan deyəcəyəm" blefi ilə duyğularımızı işğal etdi. Sabahısı gün hamı yenidən real dünyaya qayıtdı. Yalançı vətənpərvərlik xortumu burula-burula çəkilib getdi. Bizə zəruri olan isə soyuqqanlı və peşəkar vətənsevərlikdir. Halbuki müharibə uzun sürən bir prosesdir və əsas hədəfə çatmayana qədər, kiçik uduşların arxayınçılığına, sevincinə özümüzü belə tez qapdırmamalıyıq".

Tarix
2014.08.13 / 09:57
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla