19:31
ELS Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkilərində aparılan "ekzit-poll"un nəticələrini açıqlayıb.
Axar.az xəbər verir ki, mərkəzin rəhbəri İradə Yaqubova "ekzit-poll"un 118 seçki dairəsinin 300 məntəqəsini əhatə etdiyini bildirib.
O qeyd edib ki, "ekzit-poll"dan imtinaların sayı bu il daha az - regionlarda bu 3-4, Bakıda 12-14% olub. Seçici fəallığı isə 68.7 faiz olub.
Aparılan "ekzit-poll"un nəticəsi:
1. İlham Əliyev (Yeni Azərbaycan Partiyası) - 82.71%
2. Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) - 4.23%
3. Zahid Oruc (müstəqil) - 3.37%
4. Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) - 3.56%
5. Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) - 1.33%
6. Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) - 2.01%
7. Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) - 1.87%
8. Razi Nurullayev ("Cəbhəçilərin təşəbbüs qrupu") - 0.92%
***
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu ilə Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı “ekzit-poll”un nəticələrini açıqlayıb.
Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndəsi Rafiq İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, "ekzit-poll" respublikanın müxtəlif regionlarında baş tutub:
“Ekzit-poll” 118 seçki dairəsi üzrə 210 seçki məntəqəsini əhatə edib. Hər seçki məntəqəsində 420 intervü aparılıb”.
“Opinion Way” Tədqiqatlar İnstitutunun rəsmisi Bruno Janbart isə bildirib ki, sorğu 11.495 nəfər arasında keçirilib.
Aparılan "ekzit-poll"un nəticələri belədir:
1. İlham Əliyev (Yeni Azərbaycan Partiyası) - 86.53%
2. Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) - 3.1%
3. Zahid Oruc (müstəqil) - 2.92%
4. Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) - 2.81%
5. Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) - 1.03%
6. Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) - 1.73%
7. Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) - 1.21%
8. Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu”) - 0.67%
***
ABŞ-ın Artur Filkenşteyn və Assosiasiya Şirkəti və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı keçirdikləri “ekzit-pol”un nəticələrini açıqlayıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasın sədri Sabih Məmmədov bildirib ki, 40-dən artıq seçki dairəsində 200-ə yaxın seçki məntəqəsində müşahidələr keçirilib.
ABŞ-ın Artur Filkenşteyn və Assosiasoya Şirkətinin nümayəndəsi Corc Birnbaum seçki məntəqələrı açılandan saat 17:00-a qədər monitorinq keçirildiyini qeyd edib:
“14 min səs verən arasında keçirilən monitorinq ölkənin Naxçıvan Muxtar Respublikası və işğal altında olan torpaqları istisna olmaqla, 8 iqtisadi regionu əhatə edib”.
Aparılan “ekzit-poll"un nəticələri belədir:
1. İlham Əliyev (Yeni Azərbaycan Partiyası) - 85.57%
2. Qüdrət Həsənquliyev ( Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) - 2.96%
3. Zahid Oruc (müstəqil) - 2.92%
4. Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) - 2.8%
5. Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) - 1.52%
6. Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) - 1.76%
7. Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) - 1.42%
8. Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu”) - 1.37%
***
RƏY Monitorinq Mərkəzi ölkədə keçirilən prezident seçkiləri ilə bağlı keçirilən “exit-pol”un nəticələrini açıqlayıb.
Təşkilatın rəhbəri Rizvan Abbasov 48 seçki dairəsinin 350 seçki məntəqəsində monitorinqlərin keçirildiyini bildirib.
Onun sözlərinə görə, seçkilərdə iştirak faizi 72.3 faiz təşkil edib. Ümumilikdə monitorinqlər zamanı təşkilatın münayəndələri "ekzit-poll" üçün 26.624 nəfərə müraciət ediblər, 1251 nəfər iştirakdan imtina edib.
Aparılan "ekzit-poll"un nəticələri:
1. İlham Əliyev (Yeni Azərbaycan Partiyası) - 84.49%
2. Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) - 3.72%
3. Zahid Oruc (müstəqil) - 3.21%
4. Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) - 3.04%
5. Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) - 1.46%
6. Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) - 1.57%
7. Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) - 1.65%
8. Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu”) - 0.86%