Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
27 Fevral 2020


İran İsrailə hərbi dəhşət yaşada bilər - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsovun İranla ABŞ arasında baş verən “nüvə müqaviləsi” problemləri fonunda yaranan qarşıdurma və onun doğura biləcəyi nəticələr haqda Axar.az-a müsahibəsi:

– İranla ABŞ-ın “nüvə sözləşməsi” ilə bağlı yaşadığı qarşıdurma region ölkəsi olaraq Azərbaycana necə təsir göstərə bilər?

– Azərbaycan İran və ABŞ arasında Avropa ölkələrinin iştirakı ilə bağlanmış “nüvə müqaviləsinin” subyekti deyil, onunla bağlı heç bir öhdəlik daşımır. Ona görə də indiki halda onun üçün əlverişli və ya əlverişsiz nəticələrin heç bir iqtisadi və ya əmlaki-hüquqi sahədə rəsmi Bakıya birbaşa təsir etməyəcək. Ancaq haqlı olaraq qeyd etdiyiniz kimi, makroiqtisadi razılaşma ilə müqayisədə daha da davamlı olan bu siyasətin yenidən nəzərdən keçirilməsi silahlı vasitələrlə və ya ən azı "hibrid müharibə" yolu ilə reallaşacaq, çünki hazırda bu səpkidə rəsmi, hüquqi, qanuni əsaslar və mexanizmlər nəzərdən keçirilir. Lakin qeyd edim ki, Birləşmiş Ştatların daha əvvəllər razılaşdığı hökumətlərarası müqavilələri pozmaq şansı yoxdur.

– ABŞ-ı İrana qarşı güc tətbiq etməyə məcbur edən əsas qüvvə kimi İsrail görünür. Bütün baş verənlər hərbi güc tətbiqinə gətirib çıxara bilərmi?

– Siz tamamilə doğru qeyd etdiniz ki, Amerikanı İrana qarşı hərbi güc tətbiq etməyə İsrail məcbur edir, çünki İran İslam Respublikası bu günədək İsraili dövlət kimi tanımır. Lakin bunda yəhudi dövlətindən başqa marağı olan dövlətlər də var - Aralıq və Qırmızı dənizlərdən Pamirlərə qədər Amerikanın dəstəyi ilə böyük və Orta Şərqdə regional rəhbərliyi qazanmaq istəyən Səudiyyə Ərəbistanı. Buna görə də ABŞ və İranın silahlı qarşıdurmasında təkcə İsrail maraqlı deyil.

Bu gün biz aydın deyə bilərik ki, Amerika və İran hərbi qarşıdurmaya meyillidirlər. Amma bunu dolayısı ilə – Suriyadakı böhran və vətəndaş müharibəsi, İraq ərazisindəki İŞİD qruplaşması ilə mübarizə və s. vasitərlələ həyata keçirirlər.

– Yəni “savaşın” birbaşa real məcraya keçməsi gözlənilmir...

– Son iki-üç ilin təcrübəsindən göründüyü kimi, ABŞ döyüş təyyarələri bir neçə dəfə İranın Suriya və İraqdakı mövqelərini birbaşa bombardman edib. Lakin rəsmi Tehran bütün bu hadisələrdə Amerika təxribatlarına cavab vermədən böyük bir səbir nümayiş etdirib. Ancaq bu həmişə belə davam edə bilməz. Son baş verən hadisələr ABŞ-ın Suriyadakı hərbi-texniki hegemonluğunun tədricən sona çatdığını göstərir.

İran, müttəfiq adlandırmaq olmasa da, Türkiyə və Rusiya simasında özünə nüfuzlu tərəfdaş tapıb. Sözügedən ölkələr Mərkəzi Asiyada hər hansı bir hərbi gərginliyin genişlənməsinə aydın şəkildə maraq göstərmir. İsrail və Səudiyyə Ərəbistanının ABŞ-ı hərbi əməliyyata sövq etməsinə baxmayaraq, amerikalıların heç bir addım ata bilməməsinin səbəbi elə bu ölkələrdir.

– Bütün bu baş verənlərin fonunda regiondakı gərginliyin inkişafını necə proqnoz edirsiniz?

– Əlbəttə, amerikalılar, İsrail və Səudiyyə ərəbləri ilə birlikdə hələ də “qayığı yırğalamağa” çalışacaq və bölgəyə nəzarət balansını öz xeyirlərinə artırmaq üçün tərəfdaşa ehtiyac duyacaqlar. Amma onların rəqibləri də “yuxulayan” deyil, dərhal lazımi cavab addımlarını atacaqlar.

Əgər Rusiya bəzi obyektiv səbəblərdən Suriya sərhədlərindən kənara çıxa bilmirsə, bu halda İran və Türkiyə heç bir dövlətlərarası müqavilələrlə məhdudlaşmadan istədikləri kimi sərbəst şəkildə hərəkət edə bilər.
Şəxsən mən İranın ABŞ, Səudiyyə Ərəbistanı və İsrail tərəfindən artan təzyiqlərə cavab addımı olaraq Livanda dəstəklədiyi “Hizbullah” vasitəsilə sabitliyi pozacağını istisna etmirəm.

Üstəlik İran istədiyi vaxt İsrailə şimal istiqamətdən cəbhə aça bilər ki, bu da İsrail üçün 2009-cu ildə yaşanan hərbi dəhşətin təkrarına gətirib çıxara bilər. Buna görə ABŞ-ın İranla olan “nüvə razılaşmasının” mümkün “ləğvi” və bilavasitə bu iki dövlət arasında müharibə ilk baxışdan göründüyü qədər real deyil.

– ABŞ-la İran arasında bilavasitə münaqişə yaranarsa, bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

– Heç şübhəm yoxdur ki, əgər ABŞ İranla hərbi münaqişəyə start verməyi qərara alarsa, bu halda o, NATO-nun döyüş təyyarələrinə hava məkanını açmaq üçün Azərbaycanı öz koalisiyasına cəlb etməyə çalışacaq. Əlbəttə ki, bu məsələ ilə bağlı Azərbaycan hakimiyyətinin mövqeyi Rusiya və Türkiyənin rəsmi mövqeyindən və rəsmi Tehranla münasibətlərindən ciddi şəkildə təsirlənəcək.

Rusiya ilə ABŞ arasındakı qlobal qarşıdurma bu gün heç kim üçün sirr deyil. Yəni mümkün regional koalisiya orta müddətdə kifayət qədər formalaşmış və ədalətli bir vəziyyətdədir. Beləliklə, seçim etmək zamanı yetişəndə Azərbaycanın alternativi olacaq. Lakin mənə elə gəlir ki, qarşıdakı bir neçə il ərzində rəsmi Bakı kritik bir seçim etmək məcburiyyətində qalmayacaq. Yaxın gələcəkdə dövlətin suverenliyini təmin edən və uzaq gələcəyə tuşlanmış siyasət, siyasi iradə, müstəqillik seçim qarşısında qalmayacaq. Azərbaycanın cənub sərhədlərində vəziyyət sabitdir və bu, hələ uzun müddət davam edəcək.

Tarix
2018.04.22 / 10:12
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ermənilər vəhşilikdə faşist qardaşlarını keçiblər - Mixaylov

Bakı və Ankara hava müdafiəsini birləşdirir – Hərbi müqavilə

Ataya jurnalist gödəkcəsini kim verib? – MŞ-dan cavab

Bu məktəblərdə psixoloji yardım həyata keçiriləcək - Rəsmi

Estoniya parlamentindən Xocalı bəyanatı

Payız-qış mövsümünə hazırlıqla bağlı Baş nazirdən qərar

BMT-də Xocalı günü: Qarabağ həqiqətlərindən danışıldı

Region təhlükədə: ABŞ İranı bu “silahla” vurur? - Video

Bəzi təşkilatlar gerbimizdən istifadə edə bilməyəcək

Baş nazirdən dərsliklərin hazırlanması ilə bağlı - Qərar

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla