Yuxarı

İlham Əliyev 3 millət vəkilinə yüksək vəzifə verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Axar.az xəbər verir ki, NK-nin yeni tərkibində 3 millət vəkilinə yüksək vəzifə verilib.

Onlardan Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin edilib.

Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. Yeni nazir ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkili olub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə isə Fuad Rauf oğlu Muradov təyin edilib.

F. Muradov 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri, Milli Məclisin millət vəkili olub.

Prezidentin digər qərarı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə Vüsal Əfqan oğlu Hüseynov təyin edilib.

Vüsal Hüseynov 1980-ci ildə Bakı şəhərində anadan olub. Millət vəkili Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.

Tarix
2018.04.23 / 20:27
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla