Yuxarı

“Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi istisna deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi istisna deyil”

"Türkiyənin üzərinə NATO çərçivəsində Azərbaycan və Gürcüstanın hərbi baza və müdafiə sisteminin gücləndirilməsində böyük rol düşür".

Bunu Axar.az-a açıqlamasında politoloq, hüquqşünas Fərhad Mehdiyev bu gün Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib:

"Bu gün Naxçıvanda hər üç ölkənin müdafiə nazirlərinin baş tutacaq görüşünün mahiyyəti Azərbaycanın Rusiyanın regional təhdidlərinə qarşı mühüm hərbi tədbirlər görmək istəyilə bağlıdır".

Fərhad Mehdiyev Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirmək məsələsinin mümkünlüyünü istisna etməyib:

"Hesab edirəm ki, ölkə nazirləri bu gün Naxçıvanın təhlükəsizlik məsələsində ortaq nöqtəyə gələcəklər. Çünki dost ölkələr çox gözəl başa düşürlər ki, Rusiyanın Azərbaycana etdiyi və bundan sonra edəcəyi regional təhdidlər bütün Qafqaz üçün təhlükə mənbəyidir".

Xatırladaq ki, bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşür.

Tarix
2014.08.18 / 14:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla