Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin
açılışında iştirak ediblər.
Dövlət başçısı mərasimdə çıxış
edib.
Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert
Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış
ediblər. Onlar Mehriban Əliyevanı ad günü münasibətilə təbrik
ediblər.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
muzeydə yaradılmış şəraitlə tanış olublar, burada nümayiş etdirilən
xalçalara baxıblar.
Sonda xatirə şəkli çəkdirilib.
***
Prezident İlham Əliyev Bakıdakı 23 nömrəli orta məktəbin
yenidən tikilmiş binasının açılışında iştirak edib.
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbin
yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə
yaradılmış şəraitlə tanış oldular.
Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya
nümayiş etdirildi.
AzərTac