Yuxarı

Rusiyanın yaratdığı bahalığı necə önləməli?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiya bazarına əvvəllər göndərdiyindən xeyli çox meyvə çıxarmaq imkanı var. Xüsusən də alma, armud, şaftalı, xurma, üzüm, heyva, feyxoa, mandarin və sair, eləcə də tərəvəz, xüsusən də pomidor, xiyar.

Rusiya bazarına daha çox Quba-Qusar zonasından meyvə-tərəvəz çıxarılır. Artıq Rusiyanın paytaxtı Moskva şəhərində "Azərbaycan məhsulları" yarmarkası da açılıb. Bazar münasibətləri şəraitində kim malını harda baha sata bilirsə, təbii ki, ora daha çox can atır".

Bu sözləri Axar.az-a Milli Məclisin iqtisad komitəsinin üzvü Əli Məsimli deyib. Millət vəkili meyvə-tərəvəz bazarında yaranmış qıtlıqla bağlı danışarkən qeyd edib ki, bu işdən fermerlər faydalana bilər:

"İşlər elə təşkil olunmalıdır ki, bu imkandan işbazlar yox, həmin işin zəhmətini çəkən fermerlər və fermer birlikləri daha çox faydalansın. İkincisi, elə tənzimləyici tədbirlər görülməlidir ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının çıxarılmasının sürətlənməsinə, ölkəmizdə həmin məhsulların qiymətlərinin kəskin surətdə artmasına gətirib çıxarmasın".

Ə.Məsimli vurğulayıb ki, Moskvaya kənd təsərrüfatı məhsullarının göndərilməsi Azərbaycanda bir sıra məhsulların qiymətlərində artımla müşayət olunur:

"Bir neçə gün əvvəl kilosu 30 qəpiyə satılan qarpız indi 80 qəpiyə satılır. Meyvələrdəki qiymət artımı da nəzərəçarpan dərəcədədir. Tənzimlənmə olarsa, əlbəttə ki, Azərbaycan fermerlərinın Rusiya meyvə-tərəvəz bazarının boşalmasından faydalanması üçün zəruri şərait yaradılmalı, süni manelər aradan qaldırılmalı, xaricə mal çıxarmaq imkanı olan fermerlər dəstəklənməlidir".

Deputatın fikrincə, artıq yay başa çatdığından, mövsüm amilinin təsiri də əlavə olunacağından, qiymət məsələsində tam sabitliyə nail olmaq mümkün olmayacaq:

"Hər halda, Azərbaycanda meyvə-tərəvəzin qiymətlərinin kəskin surətdə artmasının qarşını almaqdan ötrü aidiyyəti qurumlar zəruri tənzimləyici tədbirlər görməlidir. Kənd təsərrüfatı məhsullarını emal edən müəssisələr fermerin əlverişli qiymətlərlə və itkisiz şəkildə öz məhsulunu həmin müəssisəyə sata bilməsi üçün şəraiti daha da yaxşılaşdırılmalıdır".

Tarix
2014.09.04 / 01:32
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla