Yuxarı

Axar.Az Logo carnation

AŞ-də Azərbaycan bayrağı yarıya endirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞ-də Azərbaycan bayrağı yarıya endirildi - Foto

Strasburqda (Fransa) Avropa Şurasının mənzil-qərargahı qarşısında Azərbaycan bayrağı yarıya endirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Strasburqda Avropa Şurasının mənzil-qərargahı binası qarşısında Azərbaycan üçrəngli bayrağı yarıya endirildi, çünki Azərbaycan xalqı 25 dekabrda baş vermiş və çoxsaylı insan ölümünə səbəb olmuş faciəli təyyarə qəzasının qurbanlarına görə yas saxlayır", - o bildirib.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı) 38-i həlak olub, 29-u sağ qalıb.

Tarix
2024.12.26 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

Azərbaycan və Ermənistan bunu nümayiş etdirməlidir...

Müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq - Prezident

İlham Əliyev Davosda bu iclasda iştirak edir

Ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla