Yuxarı

Amansızlıqla öldürülən məmur sabiq nazirin qohumu çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amansızlıqla öldürülən məmur sabiq nazirin qohumu çıxdı

Sentyabrın 1-i Bakıda xüsusi amansızlıqla qətlə yetirilən şəhər sakini Fizuli Haqverdi oğlu İsgəndərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Axar.az-a bu barədə mötəbər qaynaqdan daxil olan məlumata görə, sentyabrın 3-də mərhumun üç mərasimi keçirilib.

Mənbənin sözlərinə görə, yas mərasimində sabiq nazir də iştirak edib.

Qətlə yetirilən 50 yaşlı F.İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində çalışıb.

Mərasimdə onun keçmiş yoldaşları da olublar.

"Olaylar"ın yazdığına görə F.İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş verib. Onlar əvvəlcə əlbəyaxa olublar. Lakin qatil ardıcıl bıçaq zərbələri endirib, 19 zərbədən sonra onun boğazını kəsərək öldürüb. Qatil maskada olub.

Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb.

Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Qətlin tamah və qisas məqsədi ilə törədildiyi ehtimal olunur.

Bu il avqust ayının 29-da İsgəndərov qızına toy edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Tarix
2014.09.04 / 14:12
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla