Yuxarı

İlham Əliyev Avstriyanın federal naziri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Avstriyanın federal naziri ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Avstriya Respublikasının Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurtsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığımıza toxunan dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı əhəmiyyətli layihələrdə iştirakını bunun yaxşı nümunəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurts ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayan avstriyalı nazir öz növbəsində bu səfərin ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Tarix
2014.09.11 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla