Yuxarı

ABŞ Konqresindən Türkiyəyə zərbə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin alt komitəsində dünən Türkiyə və Qətərlə bağlı müzakirələr keçirilib.

Avropa.info xəbər verir ki, "Həmas dəstəkçiləri" adlanan toplantıda ABŞ Konqresinin üzvləri Türkiyə və Qətəri "terroru dəstəkləyən" dövlətlər adlandırıblar.

Çirkin ittiham və iftiraların səsləndiyi toplantıda , Türkiyə və Qətərə qarşı sanksiyaların tətbiq edilməsi təklifləri səsləndirilib.

Türkiyə və Qətərin Yaxın Şərqdə yaşanan proseslərdə tutduğu mövqeni dəyərləndirən Demokrat və Respublikaçıların Konqres nümayəndələri , hər iki ölkəni "dostluğu , düşmənliyi bilinməyən" ölkələr adlandırıblar.

Gəzi parkı olayları zamanı bəzi Qərb mətbuatında səsləndirilən "Ərdoğan rejimi" ifadəsi , toplantıda rəsmən Konqres nümayəndələri tərəfindən də səsləndirilib. Bəzi Konqres üzvləri isə Ərdoğanın İŞİD-i dəstəklədiyini bildiriblər.

Konqres nümayəndələri Həmas lideri Xalid Meşalın Qətərdə sığınacaq almasından, Türkiyənin isə Həmasa yardım etməsindən , Qəzzadakı Həmas hökumətinə maddi dəstək olmasından narahatçılıqlarını da ifadə ediblər. Eyni zamanda Türkiyə hökumətinin Misirdəki "Müsəlman Qardaşları" ilə idealoji bağlılıqlarının olması da iddia edilib.

Konqresin Respublikaçılar Partiyasından olan üzvü Ted Poe: "Mesajımızı açıq verməliyik, Həmasa iqtisadi dəstəyiniz olarsa, bunun ciddi sonucları ola bilər. Ümid edirik ki, Türkiyə və Qətər bu söylədiklərimizi eşidirlər."

Konqres üzvü Ron De Santis isə Türkiyə və Qətərin İŞİD-ə dəstək verdiyini bəyan edib: " Biz Türkiyəni və Qətəri İŞİD-ə dəstək verməkdə şübhəli bilirik. Suriyaya gələn cihadçılar haradan geçir? Əlbəttə ki, Türkiyədən gəlirlər."

Misirdəki hərbi çevriliş zamanı Qərbi və Qərbin yanında olan Sissini dəstəkləmək əvəzinə qanuni prezident Mursini dəstəkləyən Türkiyənin bu addımı da, konqresmenlər tərəfindən təpki ilə qarşılanıb.

Konqres üzvü Ron De Santis belə deyib: " Açıq şəkildə özünü "Müsəlman Qardaşları" ilə eyni səfdə tutan bir lider ölkə var, Türkiyə. Sözdə NATO üzvü".

Tarix
2014.09.15 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla