Yuxarı

“Türkiyənin İŞİD-lə razılaşmasının olduğunu istisna etmirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Mosul konsulluğu personalının 101 gün davam edən çiləsinə son qoyulması faktı həqiqətən sevindiricidir. Allah bir də belə sıxıntı nəsib etməsin. Hamısı sağ-salamat evinə döndü".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa türk diplomatlarının azad olunması olayını şərh edərkən bildirib. Millət vəkili onların MİT-in əməliyyatı ilə girovluqdan qurtarıldığına inanmadığını da qeyd edib:

"Onların MİT-in əməliyyatı nəticəsində azad olunması inandırıcı görünmür. Çünki həmin bölgələrdə hələ ki, İŞİD məğlub edilməyib və o qədər insanı rahatlıqla bu terrorçu gücün əlindən çıxarmaq imkansız görünür. Hansısa razılaşmanın olmasını istisna etmirəm. Ola bilsin ki, bu, Türkiyənin koalisiyaya qoşulmamaq barədə addımına İŞİD-ın cavab jestidir. Ancaq bundan sonra Türkiyənin işi daha da çətinləşəcək".

Fazil Mustafanın fikrincə, Türkiyə həddə artıq çətin seçim qarşısındadır:

"Koalisiyaya qoşulsa, PKK və Peşmərgə ilə eyni mövqedə hərəkət etməli olacaq, bu isə bir çox hallarda Türkiyənin faydasına olmaya bilər. Qoşulmasa da adı hər zaman İŞİD-ə dəstək verən ölkə kimi çəkiləcək və lüzumsuz təzyiqlərlə üz-üzə qalacaq. Hazırda Türkiyənin İraqda oynaya biləcəyi türkman kartı da xeyli zəiflədi və bundan sonra nə baş verəcəksə, bu, əsasən, kürdlərin mövqeyinin daha da güclənməsinə gətirəcək. PKK-nın məktəbləri yandırması faktları da göstərir ki, çözüm sürəcinin də sakit məcrada davam etmə perspektivi yoxdur. Ümid edək ki, qardaş ölkəmiz bu ilğımdan da itkisiz və yara almadan çıxacaq".

Tarix
2014.09.21 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə dizel istehsalı beş dəfə artdı

Azərbaycanda xidmət rəisinin müavini işdən çıxarıldı

Əliyev də, mən də bundan narahatıq - Putin

Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi

Ceyhun Bayramov gürcü həmkarına zəng etdi

Bakı ilə Tiflis arasında məsləhətləşmə: protokol imzalandı

Azərbaycanla bu ölkə arasında məsləhətləşmələr aparıldı

Əsəd İran və Rusiyanı şantaj edir

Bələdiyyə seçkilərinə heç bir müşahidəçi dəvət edilməyəcək

Bələdiyyə üzvlərinin sayı məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla