Yuxarı

Nazirlik elan etdi: 205 nəfər işə qəbul oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə 7-8, 13 fevral və 9 iyulda müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanları edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, bu elanlarda nazirlik üzrə təqdim olunan, ümumilikdə, 703 vakant yerə iddia edənlər arasından 381 namizəd seçilib. Son üç ayda onlardan 205 nəfəri nazirliyin aparatında, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində və onların yerli struktur bölmələrində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunublar. Onlardan böyük əksəriyyətini gənclər təşkil edir.

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanmış digər şəxslərin də nazirlik sistemində işə qəbulu prosesi davam etdirilir.

Tarix
2018.08.15 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla