Yuxarı

Vladimir Jirinovski Bakını gəzdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vladimir Jirinovski Bakını gəzdi - Foto

"Azərbaycan heyrətamiz ölkədir, Bakı isə çox gözəl şəhərdir".

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Bakıya səfəri çərçivəsində deyib.

RLDP sədri bildirib: "Müstəqil Azərbaycana ilk dəfə gəlirəm, daha əvvəl burada olmamışam. Mənim təəssüratlarım çox gözəldir, gözəl ölkəniz, çox yaxşı rəhbəriniz var".

Azərbaycanda rus dilinin qorunması haqqında sualı cavablandıran V.Jironovski qeyd edib ki, ölkədə bununla bağlı vəziyyət çox gözəldir: "Rus məktəblərinin sayının daha da çox olmasını istərdik.

Dövlət Dumasının deputatı bu gün Bakıda 23 saylı orta məktəbdə olub. O, məktəbdə 6-cı sinif şagirdləri üçün açıq dərs keçirib, onlardan rus klassiklərinin əsərləri barədə soruşub. Həmçinin 10-cu sinif şagirdləri ilə görüşüb, onlara hədiyyələr bağışlayıb. Məktəblilər də öz növbəsində, ona suvenirlər təqdim ediblər.

Şagirdlərlə görüşdən sonra o deyib ki, möhtəşəm bina, zəkalı şagirdlər hər şeyə düzgün cavab verdilər.

Bakı haqqında təəssüratlarını bölüşən V.Jirinovski qeyd edib ki, şəhər yaxşılığa doğru çox dəyişib: "Mənim Bakıya səfərimdən 40 il keçib, şəhər çox dəyişib, xalq çox xeyirxahdır, hamı rus dilini çox yaxşı bilir, ruslara yaxşı münasibət hiss olunur".

Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi ifadələr barədə suala cavab verən V.Jirinovski bunun anlaşılmazlıq olduğunu bildirib: "Mənim qiymətləndirdiyim hansısa ayrı-ayrı hallar olub və bu qiymətləndirmələri avtomatik olaraq respublikaya və Azərbaycan xalqına yönləndiriblər və s. İndi bizim münasibətlərimiz yaxşıdır. Azərbaycanın gözəl rəhbəri var".

V.Jirinovski Bakı Slavyan Universitetinin tələbələri ilə görüşdükdən sonra jurnalistlərə deyib ki, Azərbaycanı ən yaxşı tərəfdən tanıyıb: "Gözəl ölkədir".

LDPR sədri bildirib: "Biz bir-birimizi yaxşı tanımağa vaxt tapmırıq. Biz hələ də Qərbi, Afrikanı və s. öyrənirik. Halbuki yan-yana yaşayırıq".

Tarix
2014.09.26 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu

Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident

Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi

Bratislava-Bakı aviareysi açıla bilər

İlham Əliyev Slovakiya prezidenti ilə görüşdü

İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi oldu

İlham Əliyev Slovakiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla