Yuxarı

Jirinovski BSU tələbələrinə nə dedi? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski BSU tələbələrinə nə dedi? - Foto

Sentyabrın 26-da Rusiya Liberal-Demokrat Partiyasının (LDP) sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Bakı Slavyan Universitetində olub.

AzərTAc xəbər verir ki, universitetin rektoru professor Asif Hacıyev qonağa bu ali təhsil ocağı haqqında məlumat verib. Rektor qeyd edib ki, rus dili və ədəbiyyatı üzrə də mütəxəssislərin hazırlandığı bu ali təhsil ocağı Rusiyanın bir sıra universitetləri ilə sıx əməkdaşlıq edir.

Universitetin müəllim və tələbələri ilə görüşdə V.Jirinovski Azərbaycanda rus dilinə yüksək diqqət göstərildiyini deyərək Bakıda Slavyan Universitetinin fəaliyyət göstərməsindən şad olduğunu bildirib.

V.Jirinovski görüşdə tələbələrlə ünsiyyət quraraq rus ədəbiyyatı ilə bağlı müzakirələr aparıb. Rus ədəbiyyatından tələbələrə suallar verən deputat onların cavablarına müasirlik kontekstindən baxışını təqdim edib.

Qonaq görüşdə qeyd edib ki, rus dili hazırda həm real həyatda, həm də internetdə geniş yayılmış ünsiyyət vasitəsidir. "Azərbaycanda rus məktəbləri, Slavyan Universiteti var, bu da çox yaxşı göstəricidir", - deyə o bildirib.

Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən V.Jirinovski, eyni zamanda, ticarət, turizm, mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunaraq deyib: "Biz qonşuyuq və buna görə də münasibətlərimiz həmişə yaxşı olmalıdır. Bütün istiqamətlərdə inkişaf üçün potensial var".

Görüşdə V.Jirinovskiyə universitet tərəfindən nəşr olunan "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının nömrələri hədiyyə edilib.

Sonra LDP-nin sədri universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzi ilə tanış olub.

Tarix
2014.09.26 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayram Beqay Azərbaycana gəlir

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla