Yuxarı

“Azərbaycanın Rusiya ilə qaranlıq mövzusu qalmayıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkmənistan və Qazaxıstanın qoşulmasında problemlər olsa belə, bu layihə reallaşacaq".

Bu sözləri Axar.az-a Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı-ekspert Vüqar Bayramov prezidentlərin Həstərxan görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, müzakirə olunacaq əsas məsələ ortaq razılığa gəlməkdir:

"Bu görüşdə əsas müzakirə mövzusu Xəzərin statusu ilə bağlı olacaq. Bu gün Xəzər resurslarının Avropa bazarlarına çıxarılmasında böyük əngəllər var. Baxmayaraq ki, bu ölkələr öz neft ehtiyatlarının dünya bazarına çıxarılması üçün müəyyən yollar axtarır. Amma problemin çözümündə hələlik irəliləyiş yoxdur. Xüsusən Türkmənistanın Cənub axını layihəsinə qoşulmasında müəyyən texniki çətinliklər var. Xəzərin statusunun müəyyənləşməməsi Türkmənistanın Avropaya ixrac olunan mavi qaz xəttinə qoşulmasında ciddi çətinliklər yaradır. Bu baxımdan görüşdə yer alacaq əsas məsələ nəticə etibarı ilə Türkmənistan və Qazaxıstanın yaxın gələcəkdə Cənub axını layihəsinə qoşulması ilə bağlı müəyyən bazanın formalaşmasına imkan verə bilər".

Ekspertin sözlərinə görə, danışıqlarda nəticə olmasa belə, Azərbaycan bu layihəni reallaşdıracaq:

"Nəzərə alsaq ki, bu layihə Bakıdan başlayan bir layihədir və praktiki olaraq öz mavi qazını birinci növbədə Azərbaycan Avropaya çıxaracaq. Türkmənistan və Qazaxıstanın bu layihəyə qoşulmasında problemlər olsa belə, bu layihə reallaşacaq və Azərbaycan öz qazını Avropaya daşıyacaq. Bununla da Azərbaycan Türkiyədən keçərək Cənubi, Mərkəzi və Şərqi Avropa, eləcə də Bolqarıstanın mavi qaza olan təlabatının ödənilməsində mühüm rol oynayacaq. Daha məqsədəuyğundur ki, Türkmənistan da bu layihəyə qoşulsun. Bu, əslində, layihənin daha rentabelli işləməsinə imkan yaradacaq".

İran və Türkmənistanın burada əks mövqedən çıxış etdiyini bildirən ekspert rəsmi Bakının Qazaxıstan və Rusiya ilə məsələni razılaşdırdığını qeyd edib:

"Xəzəryanı dövlət başçılarının bir araya gəlməsi bütün hallarda müsbətdir. Çünki bu imkan verir ki, gündəmdə duran əsas məsələlər, o cümlədən inteqrasiya məsələləri müzakirə olunsun. Hazırda Xəzərin statusu məsələsi Xəzəryanı ölkələrin inteqrasiyası baxımından ciddi problemlər yaradır. Azərbaycan-Rusiya, Qazaxıstan-Azərbaycan arasında belə bir anlaşmalar imzalanıb. Bu görüşdə Rusiya-Azərbaycan, Azərbaycan-Qazaxıstan arasında müzakirə olunacaq və ya qaranlıq məsələ qalmayıb. Azərbaycanın Türkmənistan və İranla bu məsələdə ciddi problemləri var. Müzakirə əsasən bu ölkələrlə İran və Türkmənistan arasında olacaq. Çünki bu ölkələr Xəzərin statusu məsələsində fərqli mövqedən çıxış edir".

Tarix
2014.09.30 / 08:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla