Yuxarı

Tayçibekov: “Ankara həmin an Bakıya dəstək verəcək, amma...” – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tayçibekov: “Ankara həmin an Bakıya dəstək verəcək, amma...” – Özəl

"Yaxın 10 ildə Gürcüstan Rusiya ilə müharibə aparmayacaq".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Yermek Tayçibekov söyləyib. O, Tiflisin anti-Rusiya proyektlərində iştirakının mümkün olacağını deyib:

"Praktiki olaraq Qafqazda Rusiya əleyhinə alyansın yaranması qeyri-mümkündür. Ankara hər zaman olduğu kimi, bu dəfə də təhlükə yaranan anda Bakıya kömək edəcək. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycana öz dövlətçiliyi bahasına risk edib dəstək verməyəcək.

Gürcüstan Rusiya ilə müharibə aparmayacaq. Onlar artıq 2008-ci ildə döyüşüblər. Yaxın 10 ildə onlar birbaşa konfliktlərdən qaçacaqlar. Amma Tiflisin anti-Rusiya alyanslarında iştirakı tamamilə mümkündür. Bunu da nəzərə almaq lazımdır ki, Gürcüstan əhalisinin müəyyən qismi öz gələcəyini Türkiyədən daha çox, Rusiya ilə qurmağa çalışır. Başqa bir səbəb isə dini inancla bağlıdır. Türkiyə müsəlman ölkəsidir və burada islamlaşmanın həcmi getdikcə artır. Gürcüstan kimi provaslav ölkə nə qədər də öz daxilində anti-Rusiya təbliğatı aparsa da, insanlar şüur altında öz din qardaşları ilə bir yerdə olmağa cəhd edirlər. Bakı və Ankara isə Rusiya əleyhinə hərbi alyanslarda aktiv oyunçu kimi iştirak etməyəcəklər".

Tarix
2014.10.01 / 13:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla