Yuxarı

Komitə sədri: “Bu, həyasızcasına saxtalaşdırmadır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri: “Bu, həyasızcasına saxtalaşdırmadır”

Oktyabrın 1-də Moldovanın paytaxtındakı "Leogrand" mehmanxanasının konfrans zalında Qlobal Geoməkan İnformasiyanın İdarəolunması üzrə BMT ekspertlərinin Avropa Regional Komitəsinin (UN-GGIM: Europe) təsis konfransı keçirilib.

Axar.az AzərTAc-a istinadla xəbər verir ki, BMT-nin himayəçiliyi ilə təşkil olunmuş nüfuzlu forumda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak edib.

Məlum olduğu kimi, qlobal geoməkan informasiyanın idarə edilməsi üzrə artıq Amerika, Afrika, Ərəb, Asiya-Sakit okean regional təşkilatları fəaliyyət göstərir. Bu gün iştirakçılar yeni strukturun – Avropa bölməsinin Nizamnaməsini onun fəaliyyətini reqlamentləşdirən digər sənədləri təsdiqləyiblər.

Konfrans çərçivəsində Qərib Məmmədov Moldova hökumətinin baş katibi Viktor Bodyu ilə, öz avropalı həmkarları ilə danışıqlar aparıb və profil mövzuları onlarla müzakirə edib. O, Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ildə işıq üzü görmüş "Azərbaycan Respublikasının Milli Atlası"nın nəfis nəşr olunmuş nüsxələrini konfrans iştirakçılarına hədiyyə verib.

Azərbaycan nümayəndə heyətinin "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin təqdimatı da çoxsaylı forum iştirakçılarının diqqət mərkəzində olub. Bu xəritə Rusiya Baş Qərargahının Baş idarəsinin hərbi topoqrafiya şöbəsi tərəfindən tərtib olunmuş və litoqrafiya üsulu ilə çap edilmiş XX əsrin əvvəlində Qafqaz hərbi dairəsinin xəritəsi əsasında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bərpa edilərək nəşr olunub.

Xəritədə toponimlər - yaşayış məntəqələrinin, çayların, dağların və s. adlarını göstərməklə ölkəmizdə Azərbaycan, rus və ingilis dillərində yenidən nəşr olunub, Kişineuda rus və ingilis dillərində təqdim edilib.
Q.Məmmədov təqdimatda deyib:

"Xəritənin nəşrindən başlıca məqsəd ermənilərin "Dənizdən dənizədək böyük Ermənistan" yaratmaq ideyasının cəfəngiyat olduğunu göstərməkdir".

O qeyd edib ki, Ermənistan tarixi və coğrafi faktları həyasızcasına saxtalaşdırır, mənbələri təhrif edir, torpaqlarımızı işğal edərək qədim coğrafi obyektlərin adlarını dəyişir. Misal üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri avropalı həmkarlarına bildirib ki, 2007-ci ildə ermənilər "Ermənistan və Dağlıq Qarabağ" adlı öz milli xəritələrini hazırlayıblar və Dağlıq Qarabağın işğal olunmuş ərazilərini, habelə Azərbaycanın yeddi ətraf rayonunu bu xəritəyə daxil edərək həmin ərazilərdəki çayların, göllərin, dağların, şəhərlərin, kəndlərin, qəsəbələrin adlarını erməniləşdiriblər:

"Son illər Ermənistan xəritələrdə, atlaslarda, KİV-lərdə və internetdə coğrafi adların, inzibati rayonların sərhədlərinin, ölkəmizin dövlət sərhədlərinin dəyişdirilməsi və təhrif olunması sahəsində intensiv iş aparır".
Q.Məmmədov qeyd edib ki, ermənilər guya Cənubi Qafqazda çoxdan yaşadıqlarını iddia edir və bildirirlər ki, Qara dənizlə Xəzər dənizi arasındakı ərazi "erməni torpaqlarıdır". Bu xəritədə biz heç bir erməni toponimi görmürük və əlbəttə, ermənilər bu ərazidə aborigenlər deyildir.

Tarix
2014.10.02 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gələcəyi üçün bu istiqamət prioritetdir...

Gültəkin Hacıbəyli Bakıda: niyə həbs olunmadı?

Bu şəxslər də “Mehdiyev işi”ndədir – Siyahı

Milli Şura onların maddi yardımı ilə fəaliyyət göstərib - DTX

"Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...

Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatı...

DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video

Mahir Səfərliyə BMT-də yüksək vəzifə verildi

Vens: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir - Video

Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla