Yuxarı

AZAL turizm gününə özəl endirim kampaniyası elan edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı AZAL turizm gününə həsr olunmuş yeni endirim kampaniyasına start verir. Kampaniya çərçivəsində sərnişinlər AZAL-ın bütün beynəlxalq istiqamətlərinə aviabiletləri 35%-dək endirimlə əldə edə bilərlər.

Təklifdən yararlanmaq üçün biletləri 15 – 30 sentyabr 2025-ci il tarixlərində əldə edilməlidir. Endirim 1 – 31 oktyabr 2025-ci il tarixlərində həyata keçiriləcək uçuşlarda 35%-dək, 1 noyabr 2025 – 17 mart 2026-cı il tarixlərində isə 25%-dək tətbiq olunur.

Kampaniya AZAL-ın müntəzəm beynəlxalq reyslərində Ekonom, Premium Ekonom və Biznes sinif bilet tariflərinə şamil edilir, lakin vergi və yığımlara aid deyil. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli biletlərin sayı məhduddur və yüksək tələbat dövrü istisna olunur.

Sərnişinlər bu kampaniya çərçivəsində Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən çoxsaylı beynəlxalq istiqamətlərə daha sərfəli şərtlərlə səyahət etmək imkanı qazanırlar. AZAL bütün sərnişinlərini bu fürsətdən yararlanaraq payız və qış mövsümünü unudulmaz səyahətlərlə keçirməyə dəvət edir.

Aviabiletləri rəsmi saytdan, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Tarix
2025.09.15 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İSESKO-nun Baş direktorunu qəbul etdi

Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq

Azərbaycan XİN Bakının azad edilməsi ilə bağlı bəyanat yaydı

Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq

Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan

Prezident Xocalıda kənd sakinləri ilə görüşdü - Foto

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

İlham Əliyev Xocalıda... - Fotolar

Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - Vardanyan

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla