Yuxarı

Qənirə Paşayeva ermənilərin cavabını verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva ermənilərin cavabını verdi

Apardığı işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi həyat yaşamağa məcbur edilmiş bir milyondan artıq azərbaycanlının öz evlərinə qayıtmalarına imkan verməyən Ermənistan nümayəndəsinin bu gün nüfuzlu təşkilatın yüksək tribunasından insan haqlarından danışmağa haqqı yoxdur.

Axar.az xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Albaniyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı Moldavadan və Böyük Britaniyadan olan deputatlar Qriqore Petrenkonun və Conatan Evansın hazırladıqları məruzə ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva səsləndirib.

Müzakirələrdə ölkəmizə qara yaxmaqda həmkarlarından heç də geri qalmayan Ermənistan nümayəndə heyətinin üzvü Arpine Hovanesyanın Azərbaycanda insan haqlarına dair qərəzli çıxışına münasibət bildirən millət vəkili Qənirə Paşayeva deyib ki, Ermənistan Azərbaycan ərazilərini 20-ildən artıqdır işğal altında saxlayır, silah gücünə ata-baba yurdlarından zorla çıxarılan bir milyondan çox azərbaycanlının hüquqlarını kobud şəkildə pozmaqda davam edir. Vətədaşlarımıza qarşı etnik təmizləmə siyasəti aparan dövlətin nümayəndəsinin heç bir əsalı fakta söykənməyən, yalan və iftira üzərində qurulmuş çıxışını bütünlükdə Azərbaycanda insan haqlarına həsr etməsinin heç bir əsası yoxdur. O bunun əvəzində öz Ermənistanda insan haqlarının vəziyyətindən və ümumiyyətlə ölkəsindəki vəziyyətdən danışaydı daha yaxşı olardı.

Azərbaycanlı deputat xatırladıb ki, istər Avropa Şurası, istər Parlament Assambleyası, istərsə də digər çoxsaylı beynəlxalq təşkilatlar Ermənistanın insan haqlarını pozmasını, işğalçılıq siyasəti yeritməsini tənqid edirlər. Amma nədənsə A.Hovanesyan bu məsələlərin üstündən sükutla keçərək Azərbaycana nifrət hissi ilə dolu çıxış edir:

"Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistan Avropa Şurası qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb, AŞPA isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Amma bu sənəd kağız üzərində qalmaqdadır. Ermənistan qətnamənin tələblərin yerinə yetirməkdən hər vəchlə boyun qaçırır. Ona görə də AŞPA-nın Ermənistanın bu hərəkətlərinə öz sərt münasibətini bildilməsinin vaxtı çatıb. Öz evinə dönə bilıməyən və hüquqları işğalçı Ermənistan tərəfindən pozulan azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar".

Tarix
2014.10.03 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla