Yuxarı

XİN Azərbaycan əsirləri barədə məlumat yaydı – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN Azərbaycan əsirləri barədə məlumat yaydı – Rəsmi

"Qondarma Dağlıq Qarabağ rejiminin Azərbaycan vətəndaşları üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz".

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin təşkil olunmasıyla bağlı məsələyə münasibət bildirərkən deyilib.

Məlumatda Ermənistanın azərbaycanlı əsirlərə davranışının beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil etdiyi bildirilib:

"Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşlarının sərbəst hərəkətinə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz əməllərinin ört-basdır edilməsi məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində qondarma Dağlıq Qarabağ rejimi yaradılmışdır. Ermənistan Azərbaycana qarşı işğal və təcavüz əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT nizamnaməsini və Helsinki yekun aktını kobud şəkildə pozmuş və buna görə bilavasitə məsuliyyət daşıyır. Azərbaycan Respublikası tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir".

Tarix
2014.10.08 / 15:41
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla