Yuxarı

Elmar Məmmədyarov Lord Risbin ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov Lord Risbin ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, bu əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında qonaqlara məlumat verib.

Böyük Britaniya nümayəndə heyəti tərəfindən Azərbaycanın əldə etdiyi nailiyyətlərin heyranlıq doğurduğu qeyd olunaraq, Azərbaycanın gələcək inkişaf ilə bağlı aydın baxış və strateji xəttə malik olduğu bildirilib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi xüsusilə vurğulanıb.

Görüş zamanı regional və qlobal proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tarix
2014.10.08 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla