Yuxarı

Azərbaycan heç vaxt bu birliyə üzv olmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan heç vaxt bu birliyə üzv olmayacaq

"Müqayisə etsək görərik ki, bu dövlət işğalçıdır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu Azzərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü şərh edərkən deyib. Onun sözlərinə görə, bu birlik Azərbaycanın maraqlarına qətiyyən cavab vermir:

"Rusiya Qafqaza, o cümlədən Azərbaycana 200 il bundan öncə işğalçı qismində gəlib. O zamankı Azərbaycanın xəritəsi ilə indiki Azərbaycan xəritəsini müqayisə etsək, görərik ki, bu dövlət işğalçıdır. Zaman-zaman torpaqlarımızı işğal edib, bölgədə müharibə ocağı yaradıb.

Bir daha bildirmək istəyirəm ki, nə qədər çalışsaq da, heç vaxt Rusiya üçün Ermənistan ola bilmərik. Çünki Rusiya üçün Ermənistanın xüsusi əhəmiyyəti var. Təsadüfi deyil ki, Rusiya prezidenti tarixdən faktlar gətirərək ermənilərlə necə davranmaq lazım olduğunu deyib".

Politoloqun sözlərinə görə, Azərbaycan birliyə üzv olmayacaq:

"Biz özümüzü aldadırıq. Sadəcə 3-5 nəfərin marağına qulluq edir ki, Azərbaycanı Rusiyaya tərəf sürükləsinlər. Bu, onların şəxsi marağı ola bilər. Azərbaycan dövlətinin heç bir halda milli maraqlarına cavab vermir bu birliyə üzv olmaq. Ona görə də bu baş verməyəcək".

Tarix
2014.10.18 / 09:15
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla