Yuxarı

Qarabağ o zaman azad olunacaq ki... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq bütövlükdə Qarabağ probleminin həllini istəməsə, bunun üçün mübarizə aparmasa, fədakarlıq etməsə, Qarabağ bizdən daha çox fədakarlıq etməyi sübut etmiş ermənilərin əlində qalacaq. Bu reallığı qəbul etməliyik.

Bu sözləri Axar.az-a Azərbaycanın KTMT-yə müşahidəçi və tərəfdaş ölkə kimi qoşulmasına dair müzakirələrə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, torpaqları xilasetmə prosesinə hamılıqla hazırlaşılmalıdır:

“KTMT-yə daxil olan ölkələr, ümumiyyətlə, bu format formal xarakter daşıyır. Burada təmsil olunub-olunmamaq kimisə bir dövlət olaraq zəmanət altında saxlamır. Çünki Rusiyanın siyasəti bu qurumun məsləhəti ilə formalaşmır. Rusiya Qafqazda da bu formatdan - ölkənin müəyyən hərbi imkanlarından istifadə edərək, digər ölkələri nüfuzu altında saxlamaq siyasətindən istifadə edir. Ona görə də Qarabağ probleminin həllində də bu yanaşmanı diqqətə almalıyıq. Amma bütövlükdə xalq bu problemin həllində iştirak etməlidir. Yəni hər kəs öz imkanları daxilində bunu edə bilər: istər hərbçı kimi, istər sadə vətəndaş. Bu problemin həllində hər kəsin üzərinə yük düşür. Gələcəkdə orda yaşayacaq insanlar icma olaraq bu prosesə hazırlaşmalıdır. Təəssüf ki, bütövlükdə buna cəmiyyətimizin hazırlaşdığı görünmür. Doğrudur, cəsur hərbçilərimiz, aktiv vətəndaşlarımız var. Amma bu, çoxluğu təşkil etmir”.

Millət vəkili bu problemin həllinə Rusiyanın imkan vermədiyi ilə bağlı məsələyə də münasibət bildirib:

“Rusiyanın imkan verib-verməməsi bizim üçün önəmli deyil. Bizim üçün önəmli məsələ dünyada siyasət anlayışının dəyişməsidir. Beynəlxalq hüququn prinsiplərinin müəyyən dərəcədə təmin olunmasıdır. Beynəlxalq ağsaqqallar sistemi hüquqa dayalı fəaliyyət göstərməlidir. İndi isə dünyada daha çox “kabadayı”lar sistemidir. Hansı dövlətin əlində nüvə silahı, güc varsa, o, istədiyini etməyə çalışır. Amma ağsaqqallıq missiyasını götürən güc yoxdur. Bu baxımdan da biz hələ ki, bu mühitdə dövləti qorumaq haqqında daha çox düşünməliyik. Çünki bizim mövcud olan dövlətimiz ayaqda qalmalıdır ki, gələcəkdə özümüzdə Qarabağı qaytarmaq ümidini saxlayaq. Bu baxımdan da hansısa təşkilata, quruma daxil olub-olmamaq praktiki məsələdir. Bizim KTMT-dən çıxmağımızdan artıq 20 ilə yaxın vaxt keçib. 20 ildə çox dəyişikliklər baş verib. Məsələn, Ukrayna işğal olundu. Təsəvvür edin, bunu 10-15 il öncə kimsə desəydi, inandırıcı görünməzdi. Yəni reallıqlar dəyişib. Praktiki addımlar atmağı nəzərdə tuta bilərik, amma problemin həlli bu addımlardan asılı deyil, bütövlükdə xalqın istəyindən asılıdır”.

Tarix
2018.11.28 / 13:27
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Liderlər İlham Əliyevi təbrik edir

Nazarbayev İlham Əliyevə məktub göndərdi

Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar

Sahibə Qafarova Zaur Askenderovla görüşdü

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Putin İlham Əliyevi təbrik etdi

Vuçiç Ceyhun Bayramovu qəbul etdi

İran Azərbaycanı təbrik etdi: Dəstəklədik!

Bayramov Belqradda mühüm konfransda çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla