Yuxarı

“Sərkisyan Qarabağa razılıq versə, Rusiya onu devirəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sərkisyan Qarabağa razılıq versə, Rusiya onu devirəcək”

"Dağlıq Qarabağ məsələsində artıq iki cəbhə mövcuddur".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Ermənistanın Qarabağ probleminin çözümünü istəməyəm tərəf olduğunu bildirib:

"Qarabağ məsələsi artıq 20 ildir ki, masa üzərindədir. Burada məsələnin həll olunmamasının istəyən əsas tərəf Ermənistandır. Bu görüşlər, təbii ki, mütləqdir və davam etdirilməlidir. Dağlıq Qarabağ məsələsində artıq iki cəbhə mövcüddur: Bunlardan biri Qərb, digəri isə Avrasiya cəbhəsidir. Bu tərəf münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır. Təbii ki, buraya problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi aiddir. Bu, həm də regionda köklü dəyişikliklər və stabilliyə səbəb olacaq. İkinci cəbhə isə Rusiya tərəfidir. Əgər Ermənistan Paris görüşündə razılıq versə, o zaman İrəvanda mütləq hərbi yolla hakimiyyət çevrilişi olacaq. Rusiya bu münaqişənin həllində maraqlı deyil. Bu münaqişənin həlli onun Cənubi Qafqazdan getməsi və həmin regionu itirməsi deməkdir. Belə olan halda Paris görüşündən nə isə ciddi nəticə əldə olunacağına inanmaq çətindir. Lakin Qərbin Cənubi Qafqazla bağlı məlum layihəsinin həyata keçməsi üçün bu gün işlər görülür. 2018-ci ilə qədər Daglıq Qarabağla bağlı müəyyən irəlləyişlər görmək mümkün olacaq".

Tarix
2014.10.24 / 15:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

"İdrak"dakı hadisə ilə bağlı Ombudsmandan açıqlama

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq...

Rusiya səfiri XİN-ə çağırıldı - Bakıdan nota

Peter Staray Azərbaycana gəlir

İlham Əliyev iki fərman imzaladı

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla