Yuxarı

Yevseyev İrəvanda Bakının hərbi qüdrətini qabartdı – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevseyev İrəvanda Bakının hərbi qüdrətini qabartdı – Səbəb

Azərbaycan Ordusunun günü-gündən artan hərbi potensialı və qüdrəti Ermənistana məlumdur.

Axar.az xəbər verir ki, bu sözləri İrəvanda Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən yeni yaradılmış “Lazarev klubu”nun ilk iclasındakı çıxışlar zamanı səsləndirilən fikirlərə münasibət bildirən analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, hətta bu iclasda Vladimir Yevseyev çıxışı zamanı Azərbaycan Ordusunun hərbi potensial və qüdrəti baxımından Ermənistan ordusundan nə dərəcə üstün olduğuna dair önəmli məqamlara toxunub:

“Yevseyev çıxışı zamanı Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb. Yevseyevin belə bir fikirlərlə çıxış etməsinin arxasında duran bir neçə əhəmiyyətli səbəblər var. Təbii ki, biz Yevseyevin belə bir fikirlə çıxış etməsini Rusiya hökumətinin Ermənistan rəhbərliyi ilə bağlı yaranmış narazılıqdan irəli gəldiyini ifadə edə bilərik. Çünki son zamanlar Ermənistanda Rusiya əleyhinə geniş təbliğatlar aparılır ki, bu da Moskvanı və orada yaşayan erməni lobbisini narahat etməyə bilməz. Xüsusilə bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Hayastan” ümumerməni fondunun illik telemarafonu zamanı Rusiyada yaşayan erməni lobbisi tərəfindən heç bir maliyyə yardımı göstərilmədi. Bir sözlə, Yevseyev öz çıxışıyla Rusiyanın təsir dairəsindən ayrılıb Qərbə meyil etmək istəyən hazırkı Ermənistan rəhbərliyinə xatırlatmağa çalışdı ki, bu günə qədər sizi Azərbaycan Ordusunun gücündən və təhdidlərindən qoruyan Rusiya idi, lakin siz Qərbə doğru getməyə davam etmək istəyirsizsə, o zaman öz ölkənizin məhv olmasını izləyəcəksiniz”.

Tarix
2018.12.04 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla