Yuxarı

Parisdə Qarabağın həlli üçün verilən təkliflər – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisdə Qarabağın həlli üçün verilən təkliflər – Təfərrüat

"Qərb və Avropa Dağlıq Qarabağ məsələsinin həll olunmasında israrlıdır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.

O, Qərbin Azərbaycan və Ermənistana yeni yol xəritəsi təklif etdiyini bildirib:

"Prezidentlərin Paris görüşündə də danışıqlar bu konteksdə davam edib. Bağlı qapılar arxasında ciddi məsələlərin müzakirə olunduğu qaçılmazdır. Qərb Cənubi Qafqaz üçün "yeni yol xəritəsi" təklif edir. Bu, son 20 ildə demək olar ki, region üçün ən böyük strategiyadır. Yol xəritəsinə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda demokratik proseslərin sürətlənməsi, Qafqazın NATO və Avropa ilə daha da yaxınlaşması daxildir. Paris görüşündə bir daha prezidentlərə Qərb və Avropanın bu strategiyası təqdim olunub. Bizdə olan informasiyaya görə, bağlı qapılar arxasında bir neçə dövlətin diplomatları da iştirak edib. Bu şəxslər həmin yol xəritəsinin hazırlanmasında iştirak edən diplomatlardır. Onlar regionu, münaqişəni və orada gedən prosesləri yaxından izləyirlər. Bu yol xəritəsinin həyata keçməməsini istəyən tərəf isə Rusiyadır. Rus kəşfiyyatı bu haqda məlumat əldə etdikdən sonra Ermənistanda Sərkisyanla bağlı mitinqlərə start verildi. Bu o deməkdir ki, Avropa və Qərbin Cənubi Qafqaz üçün təklif etdiyi hər hansı sülh və inkişaf proqramına Rusiya etiraz edir. Moskvanın əlində olan ən böyük üstünlük isə Gümrüdəki hərbi bazadır. Lakin əgər proseslər bu cür davam edəcəksə, onda Qərb yaxın zamanlarda Cənubi Qafqazda özünün hərbi kontingentinin mövcud olması üçün hərəkətə keçəcək".

Tarix
2014.10.28 / 14:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla