Yuxarı

Yeni siyasi proses başladı: Güzəşt olmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bugünkü dünyamızda qaydalar o qədər sərtləşib ki, onları pozan heç kəsə, hətta İsrailə də güzəştə gedilmir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Fesybuk səhifəsində çıxış edib.

O, bundan sonra da bir sıra Avropa ölkələrinin Fələstinin müstəqilliyini tanıyacağını bildirib:

"İsveç hökuməti Fələstin dövlətini tanıdı. Bir qədər əvvəl də Böyük Britaniya parlamenti ölkə hökumətinə bu dövləti tanımağı tövsiyə edən qərar qəbul etmişdi. Necə deyərlər, proses başlandı. Fələstin xalqının öz torpağında öz müstəqil dövlətinə malik olmaq hüququ var və bu hüquq həmçinin müxtəlif beynəlxalq qərar və qətnamələrdə də öz əksini tapıb. Fələstin xalqının dövləti olmaq haqqının reallaşdırılması uzun illər boyu geciksə də, bu gün bu, artıq faktdır və bir çox Avropa ölkələrinin Fələstin dövlətini tanıyacağı da qaçılmaz reallıqdır. Ümid edək ki, bu tanınma həqiqətən fələstinlilərin mübarizəsinin, tarixi ədaləti bərpa etmək istəyinin nəticəsidir və bunun arxasında başqa səbəblər dayanmır. Məsələn, Netanyahu hökumətinin yürütdüyü Rusiyapərəst və ya anti-Qərb siyasətinə cavab olaraq İsrailə tətbiq edilən sərt cəza deyil. Yox, əgər bu həqiqətən belədirsə, o zaman burdan ən azı iki nəticəyə gəlmək olar: 1) qəbul edilən qərarlar İsrail-ərəb münasibətlərini ancaq bir qədər də gərginləşdirəcək və bölgədəki onsuz da mürəkkəb geosiyasi, hərbi-siyasi böhranı daha da dərinləşdirəcək; 2) bugünkü dünyamızda qaydalar o qədər sərtləşib ki, onları pozmaq heç kəsə, hətta İsrailə də güzəştə gedilmir. Məncə, ikinci bənd üzərində bizim külli-ixtiyar sahibləri də ciddi-ciddi düşünsələr pis olmaz".

Tarix
2014.10.31 / 10:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla